النجم

تفسير سورة النجم

الترجمة الأذرية

Azərbaycanca / آذربايجان

الترجمة الأذرية

ترجمة معاني القرآن الكريم للغة الاذرية ترجمها علي خان موساييف، نشرها مجمع الملك فهد لطباعة المصحف الشريف. عام الطبعة 1433هـ. ملاحظة: ترجمات بعض الآيات (مشار إليها) تم تصويبها بمعرفة مركز رواد الترجمة، مع إتاحة الاطلاع على الترجمة الأصلية لغرض إبداء الرأي

﴿بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَالنَّجْمِ إِذَا هَوَىٰ﴾

1. And olsun batmaqda olan ulduza!

﴿مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ﴾

2. Sizin yoldaşınız nə haq­dan azmış, nə də yoldan çıx­mışdır.

﴿وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ﴾

3. O, öz istəyi ilə danışmır.

﴿إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ﴾

4. Bu, ona təlqin edilən bir vəhydir.

﴿عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ﴾

5. Bunu ona çox qüvvətli olan öy­rət­di –

﴿ذُو مِرَّةٍ فَاسْتَوَىٰ﴾

6. gözəl görünüşlü Cəbrail. O, yüksə­lib öz surətində gö­rün­dü.

﴿وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ﴾

7. O, ən uca üfüqdə idi.

﴿ثُمَّ دَنَا فَتَدَلَّىٰ﴾

8. Sonra Muhəmmədə yaxın­laşıb aşağı endi.

﴿فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ﴾

9. O, iki yay uzunluğunda, hətta on­dan da yaxın məsafə­də idi.

﴿فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ﴾

10. Sonra Allah Öz quluna nazil edə­cəyini vəhy etdi.

﴿مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ﴾

11. Peyğəmbərin qəlbi gör­dü­yünü ya­lan saymadı.

﴿أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ﴾

12. İndi siz onunla gördüyü şey ba­rəsində mübahisəmi edir­si­niz?

﴿وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ﴾

13. Onu bir daha öz sürə­tin­də enər­kən gördü –

﴿عِنْدَ سِدْرَةِ الْمُنْتَهَىٰ﴾

14. son həddəki Sidr ağacı­nın yanın­da.

﴿عِنْدَهَا جَنَّةُ الْمَأْوَىٰ﴾

15. Məva bağı da onun ya­nındadır.

﴿إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ﴾

16. O zaman Sidr ağacını bürüyən bürümüşdü.

﴿مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ﴾

17. Peyğəmbərin gözü ya­yın­madı və həddi aşmadı.

﴿لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ﴾

18. O, öz Rəbbinin ən bö­yük dəlillə­rindən bəzisini gördü.

﴿أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّىٰ﴾

19. Siz tapındığınız Lat və Uz­zanı gör­dünüzmü?

﴿وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَىٰ﴾

20. Həmçinin üçüncü olan Mənatı da?

﴿أَلَكُمُ الذَّكَرُ وَلَهُ الْأُنْثَىٰ﴾

21. Məgər oğlanlar sizin, qız­lar Allahındırmı?

﴿تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰ﴾

22. Onda bu ədalətsiz bölgü olardı!

﴿إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنْفُسُ ۖ وَلَقَدْ جَاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدَىٰ﴾

23. Onlar sizin və ataları­nı­zın qoy­duqları adlardan başqa bir şey de­yil. Allah onlar haq­qında heç bir dəlil nazil et­mə­mişdir. On­lar yal­nız zənnə və nəfs­lərinin istəklərinə uyar­lar. Halbuki Rəb­bindən onlara doğru yolu göstərən rəh­bər ar­tıq gəl­mişdir.

﴿أَمْ لِلْإِنْسَانِ مَا تَمَنَّىٰ﴾

24. Yoxsa insan üçün istə­di­yi hər şey hazırlanmışdır?

﴿فَلِلَّهِ الْآخِرَةُ وَالْأُولَىٰ﴾

25. Axirət də, dünya da Alla­hındır.

﴿۞ وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَىٰ﴾

26. Göylərdə neçə-neçə mə­lək var­ ki, onların şəfaəti Alla­hın istədiyi və Özünün ra­zı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz.

﴿إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ لَيُسَمُّونَ الْمَلَائِكَةَ تَسْمِيَةَ الْأُنْثَىٰ﴾

27. Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları ve­rir­lər.

﴿وَمَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ ۖ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا﴾

28. Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə ola­raq zən­nə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.

﴿فَأَعْرِضْ عَنْ مَنْ تَوَلَّىٰ عَنْ ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا﴾

29. Sən də Bizi zikr etməkdən üz çevirib dünya həyatından başqa bir şey istə­məyənlərdən üz döndər!

﴿ذَٰلِكَ مَبْلَغُهُمْ مِنَ الْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَىٰ﴾

30. Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəb­bin Onun yo­lun­dan azanı da, doğru yolla gedəni də yaxşı ta­nıyır.

﴿وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى﴾

31. Göylərdə və yerdə nə varsa, Alla­hındır. Bu, Allahın pislik edən­lərə əməl­lərinin cə­zasını verməsi, yaxşılıq edən­ləri isə ən gö­zə­li ilə (Cənnətlə) müka­fatlandırması üçündür.

﴿الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ﴾

32. Onlar kiçik günahlar is­tis­na ol­maq­la, böyük günah­lar­dan və iy­rənc əməl­lərdən çəki­nir­lər. Həqiqətən, sənin Rəb­bin geniş məğ­firət sahibidir. O, si­zi tor­paqdan yaradanda da, siz ana­la­rı­nı­zın bətnində ruşeym ha­lında olanda da sizi yaxşı ta­nı­yırdı. Özü­nü­zü təmizə çı­xart­mayın! Çünki O, kimin Allah­dan qorx­duğunu yax­şı bilir.

﴿أَفَرَأَيْتَ الَّذِي تَوَلَّىٰ﴾

33. Gördünmü üz çevirəni,

﴿وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰ﴾

34. malından azacıq verib sonra heç verməyəni?

﴿أَعِنْدَهُ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرَىٰ﴾

35. Məgər o, qeybi bilirmi ki, bunu görsün?

﴿أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَىٰ﴾

36. Yoxsa Musanın səhifə­lə­rində olan­lar barədə ona xə­bər ve­ril­mədi?

﴿وَإِبْرَاهِيمَ الَّذِي وَفَّىٰ﴾

37. Məgər vəfalı olan İbra­hi­min sə­hi­fələrində olanlar ba­rədə ona bil­dirilmədi?

﴿أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ﴾

38. Heç bir günahkar başqa­sının gü­nah yükünü daşımaz.

﴿وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ﴾

39. İnsan can atdığı şeyə nail olar.

﴿وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَىٰ﴾

40. Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaq.

﴿ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَىٰ﴾

41. Sonra da ona bunun əvə­zi tam ve­riləcək!”

﴿وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنْتَهَىٰ﴾

42. Son dönüş sənin Rəbbi­nədir.

﴿وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ﴾

43. Güldürən də, ağladan da Odur!

﴿وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا﴾

44. Öldürən də, dirildən də Odur!

﴿وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ﴾

45. O, insanlardan və hey­van­lardan bi­ri erkək və biri də dişi ol­maq­la iki cüt yaratdı –

﴿مِنْ نُطْفَةٍ إِذَا تُمْنَىٰ﴾

46. axıdılan bir nütfədən.

﴿وَأَنَّ عَلَيْهِ النَّشْأَةَ الْأُخْرَىٰ﴾

47. Təkrar diriltmək də Ona aiddir.

﴿وَأَنَّهُ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ﴾

48.  Dövlətli edən də, kasıb edən də Odur.

﴿وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ﴾

49. Şira ulduzunun da Rəbbi Odur.

﴿وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ﴾

50. O, əvvəlki Ad tayfasını məhv etdi.

﴿وَثَمُودَ فَمَا أَبْقَىٰ﴾

51. Səmudu da məhv edib on­lardan heç kəsi sağ burax­madı.

﴿وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ﴾

52. Daha öncə Nuh qövmü­nü də məhv etdi, çünki onlar da­ha za­lım, daha azğın kim­sə­lər idi.

﴿وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ﴾

53. Alt-üst olmuş kəndləri də O vi­ran qoydu.

﴿فَغَشَّاهَا مَا غَشَّىٰ﴾

54. Onların başına gətirdi­yi­ni gətir­di.

﴿فَبِأَيِّ آلَاءِ رَبِّكَ تَتَمَارَىٰ﴾

55. Sən öz Rəbbinin hansı nemət­ləri­nə şübhə edirsən?

﴿هَٰذَا نَذِيرٌ مِنَ النُّذُرِ الْأُولَىٰ﴾

56. Bu da əvvəlki qorxudan peyğəmbərlər kimi bir qor­xu­dan­dır.

﴿أَزِفَتِ الْآزِفَةُ﴾

57. Yaxınlaşan Qiyamət gü­nü yaxın­laşdı.

﴿لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ كَاشِفَةٌ﴾

58. Allahdan başqa heç kəs onun qar­şısını ala bilməz.

﴿أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ﴾

59. Yəni siz bu Sözə təəccüblənirsiniz?

﴿وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ﴾

60. Gülürsünüz, heç ağla­mır­sınız!

﴿وَأَنْتُمْ سَامِدُونَ﴾

61. Və qəflət içində oynayıb əylənirsiniz!

﴿فَاسْجُدُوا لِلَّهِ وَاعْبُدُوا ۩﴾

62. Siz Allaha səcdə qılın və Ona iba­dət edin!

الترجمات والتفاسير لهذه السورة: