البحث

عبارات مقترحة:

التواب

التوبةُ هي الرجوع عن الذَّنب، و(التَّوَّاب) اسمٌ من أسماء الله...

الشافي

كلمة (الشافي) في اللغة اسم فاعل من الشفاء، وهو البرء من السقم،...

القهار

كلمة (القهّار) في اللغة صيغة مبالغة من القهر، ومعناه الإجبار،...

Qüdrətli və böyük Allahı tanımağın yolu

الأذرية - Azərbaycanca / آذربايجان

المؤلف Yaşar Qurbanov
القسم مقالات
النوع نصي
اللغة الأذرية - Azərbaycanca / آذربايجان
المفردات العقيدة - التوحيد
Bu kitabda qüdrətli və böyük Allahı tanımağın yollarından söz açılır.

التفاصيل

QÜDRƏTLİ VƏ BÖYÜK ALLAHI TANIMAĞIN YOLU ALLAHA İMAN MƏLƏKLƏRƏ İMAN KİTABLARA İMAN PEYĞƏMBƏRLƏRƏ İMAN AXİRƏTƏ İMAN QƏZA VƏ QƏDƏRƏ İMAN İMANIN FAYDALARI  QÜDRƏTLİ VƏ BÖYÜK ALLAHI TANIMAĞIN YOLUI hissəİMANIN ƏSASLARIİMAN NƏDİR?Şəri mənası: Allahın varlığına, Məhəmmədin pey­ğəmbər olduğuna və Allah tərəfindən gətirdiyi bütün hökm­lərə qəlblə inanmaq, bu inamı dillə iqrar və əməllə təsdiq etməkdir. İman, İslam dininin əsasıdır. İnsanları səadətə qovuşduran, kütlələri birləşdirən, bir olan Allaha inanmanın və Ona qul olmanın ifadəsidir. İman, hissdə aydınlıq, fikirdə işıq, bədəndə sağlamlıq və ruhda üstünlükdür. İman, İslamı bütöv qəbul və təsdiq etməkdir.İman, iman ediləcək əsasların hamısına ayrı-ayrılıqda inanmaqdır. Allahdan başqa ibadət və itaət haqqı olan mə­budun olmadığına, Məhəmmədin (s.a.v.) Allahın qulu və el­çisi olduğuna, Allahın mələklərinə, kitablarına, peyğəm­bər­lərinə, Axirət gününə, öldükdən sonra dirilməyə, Cənnət və Cəhənnəmin varlığına, qəzavü-qədərə inanmaqdır. Mömin­lər həddi-büluğa çatmaq etibarı ilə imanlarını daim artırmaq və qüvvətli bir imana sahib olmaq üçün çalışmalı­dırlar. ALLAHA İMANBizim əqidəmiz belədir: Allaha, Onun mələk­lərinə, kitablarına, peyğəmbərlərinə, axirət gü­nünə, qəzavü-qədərin xeyir və şərinə inanmaq.Allah-təalanın Rəbb olmasına, yəni Onun Yaradan, Sahib, bütün iş­ləri nizamlayan Hakim olmasına inanırıq.Allah-təalanın ilahiliyinə, yəni tək Onun yeganə həqiqi tanrı, digər ibadət olunanların isə ha­mısı­nın batilliyinə inanırıq. Biz Allahın ad­la­rı­na və sifətlərinə, yəni Onun gözəl adlara və mü­kəmməl ülvi sifətlərə malik olmasına inanırıq.Biz bütün bunlarda Allahın təkliyinə, yəni nə rəbb olmaqda, nə ilahi olmaqda, nə də malik olduğu ad­ və sifətlərdə şəriki olmadığına inanırıq. Allah-təala buyurur: «O, göylərin və yerin, onların ara­sında olan hər şeyin Rəbbidir! Yalnız Ona iba­dət et, Ona iba­dət etməkdə səbirli ol. Heç Ona bənzər tanıyırsanmı?» (Məryəm, 65).Biz inanırıq ki, «Allahdan başqa ibadətə haqqı olan tanrı yoxdur. Əbədi və əzəli olan, məx­luq­ların bütün işlərini nizamlayan və hifz edən Odur. O nə mürgüləyər, nə də yatar. Göy­lərdə və yerdə olan hər şey Ona məxsusdur. Onun ica­­zəsi olmadan heç kəs başqa bir kəsin şə­fa­ətini (va­sitəçiliyini, xahişini) edə bilməz. O, məxluq­larının keçmişindən də, gələcəyindən də xəbərdardır. Onlar Onun el­mindən, Onun Özünün istədiyindən artıq bir şey kəsb edə bil­məz­lər. Onun kür­süsü (bilik, qüdrət və səl­tənəti) göy­ləri də, yeri də əhatə edir. Bunları qoru­maq­da O bir çətinlik çəkmir. O hər şeydən uca və qüdrətli olan­dır!» (əl-Bəqərə, 255).Biz inanırıq ki, «O, Özündən başqa heç bir tanrı olmayan, giz­lini də, aşkarı da bilən Allahdır. O, mər­hə­mət­li­ və rəhmlidir. O, Özün­dən başqa heç bir tanrı olmayan, müqəddəs və pak, bən­dələrə əmin-amanlıq, salamatlıq bəxş edən, bən­dələrinə nə­za­rət edən, yenilməz bir qüdrət və əzəmət sa­hi­bi, hər bir nöqsandan uzaq ha­kimdir. O, (hər şeyi) xəlq edən, heçdən var edən, (hər şeyə) surət verən Allahdır. Onun ən gözəl adları var­dır. Göylərdə və yerdə olan hər şey Onu təq­dis edib şəninə təriflər deyər. O, yenilməz qüd­rət və hikmət sahibidir» (əl-Həşr, 22-24).Biz inanırıq ki, səmaların və yerin mülkiyyəti Ona məxsusdur: «Göy­lərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən – oğlan da, qız da verir. İstədiyini də sonsuz edir. O (hər şeyi) bilən və (hər şeyə) qadir olandır» (əş-Şura, 49-50).Biz inanırıq ki, «Yer üzündə elə bir canlı yoxdur ki, ruzisi Al­lah­dan olmasın, Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Bü­­tün onlar lövhi-məhfuzda əks olunmuşdur» (Hud, 6).Biz inanırıq ki, «Qeybin açarları Ondadır. On­­ları yalnız O bilir. O quruda da, suda da olanı bilir. Onun xəbəri olmadan bir yar­paq belə düşməz, yerin qaranlıq qatlarında bir toxum belə cücərməz, nə yaş, nə də quru. Elə bir şey yoxdur ki, löv­­hi-məhfuzda olmasın» (əl-Ənam, 59).Biz bilirik ki, Allah istədiyi kimi danışır, istədiyi vaxt danışır və istədiyini danışır: «Allah Musa ilə sözlə danışdı» (ən-Nisa, 164).«Mu­saya vəd etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla danışdı» (əl-Əraf, 143).«Biz onu (Musanı) Tur dağının sağ tərə­fin­dən çağırdıq və gizli dua edərkən Özümüzə yaxınlaş­dırdıq» (Məryəm, 52).Biz inanırıq ki, «Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mü­rəkkəb olsaydı və bir o qə­dər də ona əlavə etsəydik, yenə də Rəbbimin söz­­ləri tükənməzdən əvvəl onlar tükənərdi» (əl-Kəhf, 109). «Əgər yerdə hər bir ağac qələm ol­saydı, dənizə isə yeddi dəniz belə qoşulsaydı yenə də Rəbbin sözləri (yazılıb) tükənməzdi. Həqiqətən, Al­lah yenilməz qüdrət və hik­mət sahibidir!» (Loğman, 26). Biz inanırıq ki, Allahın kəlamları mə­lumat baxımın­dan ən düz­gü­n, hökm baxımından ən əda­lətli və söhbət ba­xı­mından ən şirin kəlamlardır. Allah-təala buyurur: «Rəbbinin sözü düz­gün və əda­lət­li şəkildə tamamlandı» (əl-Ənam, 115); «Allahdan daha doğru danışan kim ola bi­lər?!» (ən-Nisa, 87).Biz inanırıq ki, Qurani-kərim Allah-təalanın haq­qı dediyi, Cəbrailə öyrətdiyi kəlamıdır ki, Cəb­rail onu Peyğəmbərin (s.a.v.) qəlbinə haqq olaraq na­zil etmişdir.«Ruhülqüds (Cəbrail) onu (Quranı) sənin Rəb­bin­dən haqq olaraq nazil et­miş­­dir» (ən-Nəhl, 102). «Şübhəsiz ki, o, (Quran) aləmlərin Rəbbi tərə­findən nazil edil­mişdir! Onu Ruhüləmin (Cəb­rail) endirdi. Xəbərdarlıq edən ola­san de­yə, sənin qəlbinə endirdi. Özü də açıq-aydın ərəb dilində» (əş-Şuə­ra, 192-195).Biz inanırıq ki, böyük və qüdrətli Allah öz zatı və sifətləri ilə məxluqlardan çox-çox yüksək­dir. Allah-təala buyurur: «O, hər şeydən uca və qüd­rətli olandır» (əl-Bəqərə, 255); «O, Öz qulları üzərində mütləq hakimdir. O, hikmət və bilik sahi­bidir» (əl-Ənam, 18).Biz inanırıq ki, «Göyləri və yeri altı gündə yaradan Rəbbiniz sonra işləri nizamlamaq üçün Ərşin üzərinə yüksəldi» (Yunus, 3). Onun Ərşin üzərinə yüksəlməsi Öz zatı ilə yal­nız Onun qüdrət və əzəmətinə layiq, necə­li­yini yalnız Onun bildiyi bir şəkildə, xüsusi bir tərz­də baş vermişdir.Biz inanırıq ki, Allah-təala öz məxluqları ilə­dir. O, Ərşin üzə­rində ola-ola bəndələrin vəziy­yətindən xəbərdardır, dedik­lərini eşidir, əməl­lərinə şa­hiddir, işlərini nizamlayır, kasıba ruzi verir, sı­­nığı düzəldir, istədiyinə mülk verir, istədi­yin­dən mülkü alır, istədiyini qüv­vətləndirir, istə­diyi­ni zəlil edir, xeyir Onun əlindədir. O, hər bir işə qadirdir. Heç şübhə­siz ki, bütün bu işlərin sahibi, əslində on­lardan yük­səkdə –Ərşin üzərində olsa da, həmişə Öz məx­­luqları ilədir: «Ona bən­zər olan heç bir şey yoxdur. O, (hər şeyi) eşidən və gö­rən­dir» (əş­-Şura, 11).Biz hüluli və digər cəhmiyyəçilər kimi demirik ki, Allah yer üzündə öz məxluqları ilə bir­lik­dədir. Biz belə deyəni yolunu azmış hesab edirik, çünki o, Allahı la­yiq ol­madığı nöqsanlarla vəsf etmiş olur.Biz Peyğəmbərin (s.a.v.) Onun haqqında dediklərinə ina­nırıq: “Allah hər dəfə gecənin son üçdə biri qalanda yer səmasına enib deyir: – Mə­nə dua edə­nə cavab verərəm, kömək diləyənə kömək edərəm, ba­ğış­­lanma istəyəni bağışlayaram”.Biz inanırıq ki, Allah miad (di­ril­mə) günü gəlib bən­dələrini bir-birindən ayı­ra­raq buyurur: «Xeyr! Yerin dağılıb parça-par­ça ola­ca­­ğı; Rəbbinin gələcəyi və əmrilə mələklərin səf-səf dura­ca­­ğı; və Cə­hən­nəmin gətiriləcəyi gün insan (öz gü­nah­­larını) yada salacaqdır. Lakin bu­nun nə xey­ri?» (əl-Fəcr, 21-24).Biz inanırıq ki, O, «istədiyini edən­dir» (Hud, 107).Biz inanırıq ki, Allah-təalanın iradəsi iki cür olur:1. Ümumi - Onun istədiyi olur. Bu halda istək ob­yek­ti­­nin Allah üçün sevimli olub-olmaması mühüm de­yil­dir. Bu növ iradə həm də istək kimi də tanı­nır. Allah-təalanın buyurduğu kimi: «Əgər Allah is­tə­səy­di, on­la­rı bir-birilə vuruşdurmazdı. La­kin Al­lah istədiyini edir!» (əl-Bə­qə­rə, 253). «Əgər Allah sizi məhv etmək (azdırmaq) is­tə­­sə, mən sizə nəsihət ver­mək niyyətində olsam da, bunun heç bir xeyri olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qayta­rı­la­caqsınız!» (Hud, 34).2. Şəri - Allah subhanəhu və təalanın sevdiyin­dən irəli gəlir. Lakin hər sevdiyinə etməz: «Allah istəyir ki, siz tövbə edəsiniz» (ən-Nisa, 27).Biz inanırıq ki, həm ümumi, həm də şəri ira­dəsi Onun hikmətinə ta­bedir. Allahın həyata ke­çirdiyi hər şey - istər ümumi olsun, istərsə də bən­dənin Ona şəriət ibadəti kimi ol­sun Onun hik­mə­tindən ası­lıdır. Onun hikmətinə müvafiq şə­kil­­də biz bunu bilsək də, bilməsək də, yaxud ağlı­mız onu dərk etməkdə naqis olsa da bu baş verir: «Mə­­gər Allah ən yax­şı hakim deyilmi?» (ət-Tin, 8); «Al­lahdan daha yaxşı hökm verən kimdir?» (əl-Maidə, 50).Biz inanırıq ki, Allah-təala özünə yaxın adam­ları (öv­li­yaları) sevir, onlar da Onu se­vir­lər: «Əgər siz Allahı sevir­sinizsə, mə­­nim ar­dım­ca gəlin ki, Allah da sizi sevsin və günah­larınızı ba­ğış­lasın. Allah bağışlayan və rəhmlidir!» (Ali-İmran, 31); «Al­lah elə bir tay­fa gətirər ki, Allah onları, onlar da Allahı se­vər­lər» (əl-Maidə, 54); «Allah səbir edənləri sevər!» (Ali-İmran, 146); «Ədalətli olun, Allah əda­lətli olanları sevər!» (əl-Maidə, 42); «Yaxşı iş­lər gö­rün, Allah yaxşı iş görənləri se­vər!» (əl-Maidə, 93).Biz inanırıq ki, Allah-təala şəriətlə buyurduğu əməl və danı­şıq­lar­dan razı qalır, yasaq etdik­lə­ri­nə isə nifrət edir: «Əgər küfr et­səniz, zərəri an­caq sizə dəyər. Allah sizə möhtac deyildir. Al­lah bən­dələrinin küfr etməsilə razılaşa bil­məz. Əgər şükür etsəniz, O siz­dən razı qa­lar» (əz-Zumər, 7). «Allah onların davranışını xoş­lamadı və onlara mane olub dedi: – Evdə otu­ranlarla oturun!» (ət-Tovbə, 46).Biz inanırıq ki, Allah-təala iman gətirən­lərdən və yax­şı iş gö­rənlərdən razı qalır: «Allah on­lardan razıdır, onlar da Allahdan. Bu Rəb­bin­dən qorxanlar üçündür!» (əl-Bəyyinə, 8).Biz inanırıq ki, qəzəbə layiq olan kafirlərə və baş­qalarına Allah-tə­alanın qəzəbi tutur: «Allah haq­qında pis fi­kirdə olanların özləri pis günə qa­larlar. Onlar Allahın qəzəbinə gələrlər» (əl-Fəth, 6). «Si­nəsi küfrlə dolanlar Allahın qəzə­binə gələr, qismətləri şiddətli əzab olar» (ən-Nəhl, 106).Biz inanırıq ki, Allah-təalanın əzəmətli və vəsf edi­lən siması var­dır: «Sənin Rəbbinin siması əzə­mətli və əbədidir» (ər-Rəhman, 27).Biz inanırıq ki, Allah-təalanın iki səxavətli və əzəmətli əli vardır: «Xeyir, Onun əlləri açıq­dır. İstədiyi kimi xərc­ləyir» (əl-Ma­idə, 64). «Onlar Allahı layiqincə qiy­mət­lən­dir­mə­dilər. Hal­buki, qiyamət gü­nü yer bü­tün­lük­lə Onun ovcu­nun içində olacaq, göylər isə Onun sağ əlilə bü­küləcəkdir. Allah onların vəsf et­dik­lə­rində tamamilə uzaq və uca­dır!» (əz-Zumər, 67).Biz inanırıq ki, Allah-təalanın iki gözü var­dır: «Gəmini gözümüzün qa­bağında və vəhyimizə uy­ğun şəkildə düzəlt» (Hud, 37).Peyğəmbər (s.a.v.) demişdir: «Onun nurunu hicab örtür. Əgər onu bir ba­laca açsa çöhrəsinin pa­rıl­tısı insan gözünün görə bildiyi ən uzaq şe­yi belə yandırar».Sünnə əhli belə bir yekdil fikirdədir ki, Al­la­hın gözlərinin iki ol­ması fikrini Pey­ğəm­bə­rin (s.a.v.) Dəccal haqqında dedikləri də təsdiq edir: «Dəccal tək gözdür, sizin Rəbbiniz isə tək göz de­yildir».Biz inanırıq ki, Allah-Təalanı «Göz­lər... dərk etməz. O, gözləri dərk edər. O, lətifdir və hər şey­dən xə­bərdardır» (əl-Ənam, 103).Biz inanırıq ki, mömin qiyamət günü öz Rəbbini görəcəkdir: «O gün neçə-neçə üz gü­lə­cək. Rəb­binə baxıb sevinəcək» (əl-Qiyamə, 22).Biz inanırıq ki, sifətlərinin mü­kəm­məlliyi ba­xımından Allah-tə­ala­ya tay olan yoxdur: «Ona bənzər olan heç bir şey yoxdur. O, hər şeyi eşi­dən və gö­rəndir» (əş-Şura, 11).Biz inanırıq ki, «O nə mürgüləyər, nə də yatar» (əl-Bəqərə, 255). Bu Onun kamilliyindən irəli gəlir.Biz inanırıq ki, Allah-təala ən adil ol­duğuna görə heç kə­sə zülm etməz.İnanırıq ki, O, nəzarətinin və əhatə et­mək qüd­rə­tinin mü­kəm­məl­li­yi­nə görə bən­dələrinin əməl­lə­rindən xəbərsiz deyildir.Biz inanırıq ki, biliyinin və qüdrətinin mükəm­məl­liyinə görə O, nə göylərdə, nə də yerdə heç bir işdə aciz deyildir: «Bir şey yaratmaq istədikdə Allahın əm­ri ancaq: «Ol!» - deməkdir. O da dərhal olar!» (Ya­sin, 82).İnanırıq ki, qüvvəsinin mükəmməlliyinə görə O nə yorular, nə də usa­nar: «Göyləri və yeri, onların arasında olanları altı günə ya­rat­­dıq və bu iş­dən yorulmadıq» (Qaf, 38).Biz Allah-təalanın Öz adları və si­fətləri barədə dedik­lərinə və Peyğəmbərinin (s.a.v.) bu haqda söylədik­lərinə inanı­rıq. Lakin biz özümüzü iki şeydən: qəlblə və dil­lə Allahın si­fət­lərini məxluqların sifət­lərinə bən­zər kimi təqdim et­məkdən, qəlblə və dillə Allahın sifətlərinin necəliyi barədə bu elə­dir, bu belədir və s. deməkdən uzaq bilirik.Biz Allahın Özünə münasibətdə və Onun pey­ğəm­bərinin (s.a.v.) Ona münasibətdə in­kar etdikləri hər şeyi in­kar edirik. Allahın və Onun peyğəmbərinin (s.a.v.) demə­dik­lərini biz də demirik.Biz bu yolla getməyin vacib və labüd olduğunu gö­rürük. Çünki Allahın Özü barədə isbat və ya inkar et­diyi Allahın Özü haqqında verdiyi doğ­ru mə­lumatdır. Allahın Özü barədə de­dik­lə­ri ən doğru və ən dəqiq olanlardır, ən yaxşı söz, ən doğru söhbətdir. Bu xəbərsizlər bilməzlər.Peyğəmbərin (s.a.v.) Onun barəsində isbat və ya inkar et­dikləri də Allah ba­rədə doğru məlumatdır. Pey­ğəm­bər (s.a.v.) insanlar arasında öz Rəbbi ba­rə­sində ən də­qiq biliyə malik olan, ən səmimi, ən sədaqətli və ən gözəl danışığa malik adam­dır.Allahın və Onun peyğəmbərinin (s.a.v.) kəlamında kamil elm, doğ­ruluq və aydınlıq öz əksini tapmış­dır. Bunları qə­bul et­mək­də tərəddüdə heç bir əsası yoxdur.Allah-təalaya məxsus ad və sifətlər barəsində istər müfəs­səl, istər qısa, istər təsdiq, istərsə də inkar xarakterli dediklə­ri­mizin hamısında biz Qurana və Peyğəmbərimizin Sünnəsinə arxalanırıq.Bu işdə Quran və Sünnə mətnlərini izzət və cə­lal sahibi Allaha la­yiq bir şəkildə öz zahiri mə­na­ları və həqiqi məzmunu ilə verməyi va­cib bildim.Biz bu mətnləri Allah və Onun pey­ğəmbərinin iradə­­sin­dən fərqli bir şəkildə təhrif edən­lərdən uzağıq.Biz həm də bu mətnlərin Allahın ira­də­sinə uy­ğun dəlillərini inkar edən ate­istlərdən də uzağıq.Biz həmçinin bu dəlilləri həm bənzətmək, həm də ne­cəliyi barədə fi­kir yürütmək cəhdlərindən də uza­ğıq.Biz yəqin olaraq bilirik ki, Quran və Peyğəm­bərin (s.a.v.) dediklərinin hamısı haqdır və biri o birinə zidd de­yil­dir: «Onlar Quran barədə düşünməz­lərmi? Əgər o, Al­lahın yox, başqasının kəlamı ol­saydı, on­da çoxsaylı ziddiyyətlər olar­dı» (ən-Nisa, 82). Çünki verilən mə­lumatlardakı ziddiyyətlər bir o bi­­­rini təkzib edərdi. Bu isə Allah-təa­lanın kəlamına və Onun pey­ğəmbərinin (s.a.v.) dediklərinə müna­si­bət­də mümkün deyildir.Allah-təalanın kitabında və ya Pey­ğəmbərinin (s.a.v.) Sünnəsində, ya­xud onlar arasında ziddiyyət ol­duğunu pis niyyət, yaxud ürəkdə əyrilik üzün­dən id­dia edən adam mütləq tövbə etməlidir ki, Allah onun gü­nah­la­rından keçsin.Allahın Kitabında və ya Peyğəmbərin (s.a.v.) Sünnə­sin­də, yaxud onların ikisi ara­sında zid­diyyət ol­du­ğunu bili­yinin azlığı, dü­şüncəsinin naqisliyi, id­ra­kının zəifliyi üzündən fikrinə gətirən adam müt­ləq elm öy­rən­mə­li, bilik əldə etməli, idrak və düşüncəsini dərinləşdirməyə ça­lış­malıdır ki, hə­qiqət ona aydın olsun. Əgər bunu edə bilməzsə, bu işdə alimə müraciət etməlidir ki, səhv fikirdən xilas olsun və elmdə qüv­vəti olanların dedik­lə­rini desin: «Biz onlara inandıq, onların ha­mı­sı Rəbbimiz tərəfindədir» (Ali-İmran, 7).Hamı bilməlidir ki, nə Kitab, nə də Sünnədə, nə də ki, on­lar arasında heç bir zid­diyyət, heç bir ixtilaf yoxdur. MƏLƏKLƏRƏ İMANBiz inanırıq ki, Allah-təalanın mələk­ləri «möh­­tərəm qullardır. On­lar Al­lahdan qabaq söz da­nış­­mazlar və yalnız Onun əmri ilə iş gö­rər­lər» (əl-Ənbiya, 26-27).Onları Allah-təala xəlq etmişdir. Onlar Al­laha ibadət edir və Ona ta­bedirlər. «Onlar Allaha ibadət etməkdə təkəbbür gös­tər­məzlər və bunda yo­rul­maz­lar. Onlar gecə-gün­düz, yorulmaq bil­mədən Rəbbini təqdis edib şə­ni­nə təriflər deyərlər» (əl-Ənbiya, 19-20).Allah-təala mələklərini bizdən giz­lət­mişdir və biz onları görə bil­mirik. Lakin Allah bəzi bəndə­lərinə onları göstərir. Məsələn, Pey­ğəmbər (s.a.v.) Cəbraili üfüqləri örtən 600 qanad­lı var­lıq şəklində gör­müşdür. Cəbrail Məryəmə birba­şa insan sima­sında görünmüş və on­lar bir-biri ilə danışmışlar. Bir dəfə Peyğəmbərin (s.a.v.) sə­ha­bə­lər­lə birlikdə olduğu vaxt heç kəsin tanımadığı, əyin-başında uzaq səfərdən əsər-əlamət olmayan, düm ağ paltar geymiş, zil qara saçlı bir adam gə­lib Peyğəm­bərin (s.a.v.) qar­şısında oturdu, dizlərini onun dizlərinə ya­­xın­laşdırdı, əllərini onun dizlərinə qoydu, sonra on­lar bir-birilə da­nış­dı­lar. Sonradan Peyğəmbər (s.a.v.) səhabələrinə bildirdi ki, o, Cəb­rail idi.Biz inanırıq ki, mələklərin hər birinin müəyyən bir vəzifəsi, işi var­dır.Cəbrailin vəzifəsi vəhy çatdırmaqdır. O, Alla­hın dərgahından Onun elçilərinin və ya peyğəmbər­lərinin yanına enir. Mi­kail yağış və bi­tkilərlə bağlı işlər üçün məsuldur. İsrafilin vəzifəsi şim­şək çaxdırmaq və dirilmə günü sura üfür­məkdir.Ölüm mələyi yaradılmışların canını almaqla məşğul­dur. Dağlar mələyi dağlara aid işlərə məsul­dur. Başqa bir mələk Cəhənnəm odunun xəzinəda­rıdır. Bəzi mələklər ana bətnində rüşeymlərlə, başqaları bəşər öv­la­dını qo­rumaqla, digərləri isə onlardan hər birinin əməllərini qələmə almaqla məşğuldurlar. Bu sonuncu işi görən iki mələkdir: «Xa­tır­la ki, sağında və solunda əməllərini qeydə alan iki mələk otur­muşdur. Dediyin hər sözü yaz­maq üçün hazır durub gözləyən iki mələk var­dır!» (Qaf, 17-18). Başqa mələklərin vəzifəsi ölü­ləri sorğu-sual et­məkdir. Son mənzilə çatdıqdan sonra iki mələk gəlib ölmüş adama di­ni və pey­ğəmbəri haqqında suallar verir: «Allah iman gə­tirənləri dünyada da, axirətdə də möhkəm bir söz­lə sabitqədəm edər, zalimləri az­dı­rar, is­tədiyini edər!» (İbrahim, 27).Cənnət sakinlərinin işlərilə məsul mələklər də vardır: «Mələklər cənnətin hər bir qa­­pı­­sından girib onlara deyirlər: «Səbir et­di­yi­nizə görə sizə salam olsun! Son mənzilin aqi­bə­ti nə gö­zəldir!» (ər-Rəd, 23-24).Peyğəmbər (s.a.v.) bildirir ki, səmanın yeddinci qatında bina edil­miş evdə hər gün 70 min mələk namaz qılır və oradan çıxanların heç biri qiyamət gününə qədər o evə qayıtmaz. KİTABLARA İMANBiz inanırıq ki, Allah-təala Öz pey­ğəm­bər­lə­ri­nə insanlar üçün dəlil, onların hikmət öyrənməsi və paklaş­ma­sının yol­larını göstərən kitablar nazil etmişdir.Biz inanırıq ki, Allah-təala hər bir pey­ğəm­bərlə kitab da göndərmişdir. Allah-təala bu barədə buyurur: «Biz pey­ğəmbərlərimizi aydın də­lillərlə gön­dərdik. Biz onlarla birlikdə kitab və ədalət tərəzisi də göndərdik ki, insanlar (bir-birilə) ədalətlə rəftar etsinlər» (əl-Hədid, 25).Bilirik ki, həmin kitablar bunlardır: 1) Zəbur. Allah-təala onu Davuda (Ona salam olsun!) göndər­miş­dir.2) Tövrat. Allah onu Musaya (Ona salam olsun!) nazil etmişdir. Bu, İsrail öv­ladlarının ən əzə­mətli kitabıdır: «Onda haqq yolu və nur vardır. Müsəlman olan pey­ğəm­bərlər onunla (Tövratla) yə­hu­dilər ara­sın­da, ravilər və alimlər isə bu kitabdan qorunub sax­lan­mış­lar­la hökm edər və ona şahid olar­lar» (əl-Maidə, 44).3) İncil. Allah onu İsaya (Ona salam olsun!) nazil etmişdir: «Ona (İsaya) içində haqq yolu və nur olan, özün­dən əvvəlki Tövratı tamamlayan və təsdiq edən, Al­lahdan qorxanlar üçün haqq yolu və nəsihətlər olan İncili göndərdik» (əl-Maidə, 46).4) Qurani-Kərim. Allah-təala onu sonuncu Pey­ğəm­bə­ri Məhəmmədə (s.a.v.) göndər­miş­dir: «İnsanlara haqq yolunu gös­tərən, bu yolu açıq-aydın də­lil­lər­lə sübut edən və haqqı batildən ayıran Quran ramazan ayın­da na­zil edil­mişdir» (əl-Bəqərə, 185); O, «özündən əvvəlki kitabları təsdiq edən...» (əl-Maidə, 48) bir kitabdır. Allah onu nazil etməklə əv­vəlki kitabların hökmünü ləğv etdi və onu oyun­baz­ların oyunundan və təhrifçi­lərin təcavüzündən qo­rumağı vəd etdi: «Şübhəsiz ki, Zikri (Quranı) Biz na­­zil etdik və Biz də onu qoruyacağıq» (əl-Hicr, 9).Çünki Quran bütün insanlar üçün qiyamət gününə qədər bir dəlil olaraq qalacaqdır.Əvvəlki kitablar müvəqqəti idi. Yenisi nazil olanda əvvəlkilərin vaxtları başa çatır, on­larda baş vermiş təhrif və dəyişikliklər aydın­laşır. Onlar təhriflərdən qorun­madıqları üçün onlarda təhrif, artıq və əskik olan şeylər də var.«Yəhudilər kəlamın (Tövratın) məz­mununu təh­rif etdilər» (ən-Nisa, 46);«Vay o şəxslərin halına ki, öz əllərilə ki­tab yazıb, mü­qa­­bi­lin­də bir şey əldə etmək üçün: “Bu, Allah tə­rə­findəndir!” - de­yir­lər. Əllərilə yaz­dıqlarına görə vay onların halına! Əldə et­dik­lərinə görə vay onların halına!» (əl-Bəqərə, 79); «De: “Musa­nın insanlara nur və haqq yolu ola­raq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu vərəqələrə yazıb göstərir, çoxunu da giz­lədirsiniz”» (əl-Ənam, 91); «Kitab əhlindən bir zümrə də vardır ki, siz onların (Tövratdan) hesab edəsiniz deyə, Kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər. Halbuki, onların bu oxuduqları Kitabdan (Tövratdan) deyildir. Onlar isə: “Bun­lar Allah tərəfindəndir” – deyirlər. Bunlar heç də Allah tərəfindən deyildir...» (Ali-İmran, 78); «Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) giz­lətdiyiniz şeylərin bir çoxunu bil­dirən, bir çoxunu da sizə bağışlayıb üstünü vur­mayan peyğəmbərimiz gəldi...» (əl-Maidə, 15). PEYĞƏMBƏRLƏRƏ İMANBiz inanırıq ki, Allah-təala öz məx­luqlarına pey­ğəmbərlər göndərmişdir. «Biz peyğəmbərləri müjdə verən və əzabla qor­xudan kimi göndərdik ki, daha insanlar üçün pey­ğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qal­masın. Allah yenilməz qüvvət və hikmət sahi­bidir!» (ən-Nisa, 165).Biz inanırıq ki, elçilərdən birincisi Nuh (Ona salam olsun!), sonuncusu isə Məhəmməddir (s.a.v.). «(Ya Mə­həm­məd!) Biz Nuha və ondan sonrakı peyğəm­bər­lərə vəhy gön­dər­diyimiz kimi, sənə də vəhy gön­dər­dik!» (ən-Nisa, 163).«Məhəmməd sizin adamlardan heç birinin atası deyildir. Lakin o, Al­lahın elçisi və pey­­ğəmbərlərin so­nun­cusudur» (əl-Əhzab, 40).Onlardan ən üstünləri Məhəmməd, İbrahim, Mu­sa, Nuh və Məryəm oğlu İsadır. Onlar Allahın bu kəla­mında xüsusi olaraq qeyd olunurlar: «Xatırla ki, Biz bir zaman pey­ğəm­bər­lər­­dən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da!..» (əl-Əhzab, 7).Biz inanırıq ki, Məhəmmədin (s.a.v.) şə­riəti öz fə­ziləti ilə seçilən həmin o peyğəmbərlərin şə­ri­ətlərinin bütün üs­tün­lüklərini əhatə edir. Al­lah-təala buyurur: «Allah: “Dini qo­­ruyub saxlayın, ona düzgün riayət edin, din­də ay­­rılığa düşməyin!” - deyə Nuha töv­siyə etdiyini, sə­­nə vəhy buyurdu­ğunu, İbrahimə, Musaya və İsa­ya tövsiyə etdi­yini dində sizin üçün də qanuni et­di» (əş-Şura, 13).Biz inanırıq ki, bütün peyğəmbərlər yaradılan bə­şərdirlər. Onlarda ilahi təbiətli heç nə yoxdur. Al­lah-təala onların birincisi olan Nuhun di­lindən buyurur: «Mən demirəm ki, məndə Al­la­hın xə­­zi­nələri vardır. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mə­lə­yəm» (Hud, 31). «De: “Mən Al­lahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm”» (əl-Əraf, 188); «De: ”Mən sizə nə bir zərər, nə də bir xeyir ver­mək qüdrətinə ma­li­kəm!” De: “Məni Allahdan heç kəs qurtara bilməz və mən də On­dan başqa heç bir sığınacaq tapa bilmərəm”» (əl-Cinn, 21-22).Biz inanırıq ki, onlar Allah-təalanın bən­dələri­dirlər. Allah onları risalə ilə ne­mət­lən­dirmiş, onları tərif və hörmət baxımından bən­dəliyin ən ali məqamına ucaltmışdır. Allah onların bi­rincisi olan Nuh barədə buyurur: «Ey Nuhla bir­likdə gəmiyə mindirib apardığımız kəslərin nəs­li! Həqiqətən, Nuh Allaha çox şükür edən bir bəndə idi!» (əl-İsra, 3). Allah-təala pey­ğəm­bər­lə­rin sonuncusu olan Məhəm­məd (s.a.v.) barədə buyurur: «Aləm­ləri qorxutmaq üçün haqqı batildən ayıran Quranıı Öz bəndəsinə nazil edən Al­lah nə qədər uca, nə qədər uludur!» (əl-Furqan, 1). Başqa peyğəmbərlər haqqında isə O buyurur: «Bə­sirət və qüvvət sahibi olan bən­də­lə­rimiz İbra­himi, İshaqı və Yəqubu da yad et!» (Sad, 45); «Onla­rın dediklərinə səbir et və (qüvvətli) bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi» (Sad, 17). «Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bən­də! O daim Allaha sığınan bir kimsə idi» (Sad, 30). Allah Məryəm oğlu İsa barədə buyurur: «O an­caq nemət bəxş etdiyimiz və İsrail öv­lad­larına nümunə etdiyimiz bir bəndədir» (əz-Zuxruf, 59).Biz inanırıq ki, Allah-təalanın bütün bəşəriy­yətə gön­dərmiş olduğu peyğəmbəri Məhəmmədin (s.a.v.) risalə­silə di­gərlərinə son qoymuşdur. Bu barədə Allah-təala bu­yu­rur: «De: “Ey insanlar! Mən Al­lahın sizin hamınıza göndərilmiş pey­ğəm­bə­ri­yəm. O Allah ki, göylərin və yerin hökmü On­dadır. On­dan baş­qa heç bir di­ril­dən və öl­dü­rən tanrı yoxdur. Buna görə də Allaha və Onun kəlamına ina­nan sa­vad­sız peyğəmbərinə iman gə­ti­rin, ona tabe olun ki, haqqın yo­lunu tapa biləsiniz!”» (əl­-Əraf, 159).Biz inanırıq ki, Məhəmmədin (s.a.v.) şəriəti Al­lahın Öz bəndələri üçün seçdiyi və yalnız Onun qə­bul etdiyi İslam dinidir. Allah-təala buyurur: «Al­lah yanında (haqq olan) din, əlbəttə, İslamdır» (Ali-İm­ran, 19); «Bu gün dininizi kamala yetirdim. Sizə olan nemətimi ta­mamladım və sizin üçün din olaraq İslamı bəyənib seç­dim» (əl-Maidə, 3); «Kim İslamdan başqa bir din ar­dınca gedərsə, (o din) heç vaxt ondan qəbul olun­maz və o şəxs axirətdə zərər çəkənlərdən olar!» (Ali-İmran, 85).Biz bu gün İslamdan başqa hər hansı bir dinin – istər yəhudiliyin, istər xris­ti­anlığın, istərsə də başqa bir dinin Allah dərgahında məqbul din ol­masını iddia edən şəxsi kafir hesab edi­rik. Belə adam tövbə etsə, tövbəsi qəbul olunar, et­məsə bir dinsiz kimi ölər. Çünki o, Quranı tək­zib edir.Biz həmçinin Məhəmmədin (s.a.v.) bütün bəşəriyyətə ünvanlanmış ri­saləsini inkar edən şəxsi,- gər o, öz peyğəm­bərinə tabe olan mömin olduğunu iddia etsə belə,- bütün peyğəmbərləri inkar edən he­sab edirik. Allah-təala buyurur: «Nuh tayfası el­çi­ləri təkzib etdi» (əş-Şuəra, 105). Allah bu tay­fa­nın bütün peyğəmbərləri təkzib etmiş olduğunu göstərir. Halbuki, Nuha qədər peyğəmbər ol­ma­mışdır.Allah-təala buyurur: «Allahı və peyğəmbərlə­rini inkar edənlər, Allahı pey­ğəmbərlərindən ayır­maq istə­yən­lər, “Biz peyğəm­bər­lər­dən bəzi­sinə ina­nır, bəzilərinə isə inanmırıq”- deyənlər və bu­­nun arasında bir yol tapmaq istə­yənlər- bütün bun­lar, hə­qi­qə­tən, kafirdirlər. Biz axirətdə ka­fir­lər üçün rüsvayedici əzab ha­zırlamışıq» (ən­-­Nisa, 150-151).Biz inanırıq ki, Məhəmməddən (s.a.v.) sonra pey­ğəm­bər yoxdur. Ondan sonra peyğəmbərlik iddi­asın­da olan və ya bu iddiaları təsdiqləyən adam ka­fir­dir. Çün­ki o, Allahı, Onun peyğəmbərini və mü­səl­man icmasını təkzib etmiş olur.Biz inanırıq ki, Peyğəmbərin (s.a.v.) iman yolunun sahib­ləri olan raşidi xəlifələri olmuşdur. On­lar Peyğəmbərin (s.a.v.) müsəlman ümmətində elm, də­vət və möminlər üzərində rəhbərlik baxımından xəlifə­ləri olmuşlar. Onlar arasında xəlifəliyə da­ha çox haqqı olan və onların daha yaxşısı olan Əbu Bəkr Siddiq, sonra Ömər ibn əl-Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Tali­bdir. Allah onların ha­mı­sından razı olsun!Onlar fəzilətdə olduğu kimi xilafətdə də lə­ya­qət sahibi olmuşlar. Allah-təalanın hikməti bö­yük­dür. Həmişə hakimiy­yəti döv­rün ən yaxşı, xila­fə­tə ən layiqli şəxsinə həvalə etmişdir.Biz inanırıq ki, bu ümmət Allaha görə ən yaxşı və ən kəramətli ümmətdir. Bu barədə qüdrət və cəlal sahibi Allah buyurur: «Siz in­san­lar üçün üzə çıxa­rılmış ən yaxşı üm­mət­siniz. Siz onlara yaxşı işlər görməyi əmr edir, pis iş­lərdən çəkin­dirir və Allaha ina­­nırsınız!» (Ali-İmran, 110).Biz inanırıq ki, bu ümmətdə ən yaxşı olanlar Pey­ğəmbərlə (s.a.v.) birgə olanlardır, sonra onların ardı­cılları və on­ların ardıcıllarının ardıcıl­larıdır.İnanırıq ki, bü ümmətdən bir tayfa indi də haq­lı və düz yol­dadırlar. Onlara kömək etməyənlər, on­lara qarşı çıxanlar qüdrət və cəlal sahibi Al­la­hın əmri olmadan bu tayfaya zərər yetirə bilməz. Biz bu fikirdəyik ki, səhabələr (Allah onlardan razı olsun!) arasında baş vermiş narazılıq çox alu­də olduqları yozumdan irəli gəlir. On­lardan haqlı olanın əcri iki, olma­yanın isə bir­dir. Bu sonun­cunun günahı bağışlanar.Biz onlar haqqında pis danışıqlara son qoy­mağın, layiq olduqları tərif və gözəl sözlərlə on­ları xatırlamağın zəruri olduğuna əminik. Biz qəlb­lərimizi onların hər hansı birinə nifrət və qəzəbdən təmizləməliyik. Allah-təalanın bu buyu­ru­ğu­na uyğun olaraq: «Sizlərdən mal-dövlətini Mək­kə­­nin fəthin­dən əvvəl Allah yolunda sərf edən­lər və müşriklərə qarşı vuru­şanlar başqaları ilə ey­ni deyillər. Onlar mallarını fəthdən son­ra sərf edib döyü­şənlərdən dərəcə eti­barilə daha üstündürlər. Bu­nun­la belə, Al­lah on­ların ha­mı­sı­na ən gözəl mükafat vəd bu­yur­muşdur. Allah si­zin nə etdiklərinizdən xə­bər­dar­dır!» (əl-Hədid, 10); «Onlardan sonra gələnlər be­lə deyir­lər: “Ey Rəbbimiz! Bizi və bizdən əv­vəl iman gətirmiş din qar­daşlarımızı ba­ğışla. Bizim qəlb­lə­ri­miz­də iman gətirənlərə qar­­şı kinə, həsədə yer ver­mə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətli və mər­hə­mət­li­sən!”» (əl-Həşr, 10). AXİRƏTƏ İMANBiz axirət gününə inanırıq. Bu qi­yamət günü­dür, ondan sonra yeni bir günün ol­madığı bir gün­dür. Bu gün bütün insanlar əbədi olaraq ya nemətlər evin­də, ya da əzab və ağrılar evində qalmaq üçün di­rilirlər.Biz dirilməyə inanırıq. Bu o deməkdir ki, İsra­fil ikinci dəfə sura üfürəndə Allah-təala ölüləri di­ril­dir. «Sur çalınacaq, Allahın istədiyi kimsələrdən başqa dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar» (əz-Zümər, 68).İnsanlar qəbirlərindən Allahın hüzu­runa yalın, çılpaq, ana­dan doğulduğu şəkildə gələcəklər: «[O gün] in­san­ları ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq» (əl-Ənbiya, 104).Biz insanların sağ əlinə və ya (arxa tərəfdən) sol əlinə veriləcək vərəqələrin varlığına da ina­nı­rıq. «Kimin əməl dəftəri sağ əlinə veril­mişsə, onun­la yüngül haqq-hesab olacaq və o, ailəsinin ya­nına sevinclə qayıdacaq. Kimin əməl dəf­tər­i arxa tərəfdən (sol əlinə) verilsə o: “Ay öl­düm!” - deyə şivən qopardacaq və Cə­hən­nə­mə varid ola­caqdır» (əl-İnşiqaq, 7-12); «Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü açıb kitab kimi qarşısına qo­yarıq. (Ona deyərik:) “Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən!”» (əl-İsra, 13).Biz inanırıq ki, qiyamət günü heç kəsin haqqını poz­mayan tərəzilər qoyulacaqdır: «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcək­dir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir» (əz-Zilzal, 7-8); «Tərə­ziləri ağır gələnlər ni­cat taparlar. Tərəziləri yüngül gələnlər isə öz­lərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbə­di qalarlar. Cəhənnəm odu onla­rın üzünü yan­dırar. Onlar orada dişləri ağarmış vəziyyətdə du­rarlar» (əl-Muminun, 102-104); «Yaxşı iş gö­rə­nə onun on qat əvəzi verilər. Pis iş gö­rə­nəsə isə onun miqdarı qədər cəza verilər. Onlara haq­sızlıq edilməz» (əl-Ənam, 160).Biz Peyğəmbərin (s.a.v.) əzəmətli şəfaətinə – vasi­tə­çi­li­yinə inanırıq. Bəndələr kədər və həyacan içində olanda Adəmin, sonra Musanın, sonra İsanın və ən axırda Mə­həm­mədin yanına gə­lə­cəklər. Peyğəmbər (s.a.v.) onların vəziy­yətini yün­gül­­ləş­dir­mək məqsədilə Allaha Onun izni ilə şəfaət üçün müraciət edəcək.Biz Məhəmməd peyğəmbərin (s.a.v.), digər peyğəm­bərlərin, möminlərin və mələklərin Cəhənnəmə daxil olmuş möminləri oradan çıxartmaq üçün şəfaət etmələrinə də inanırıq.Biz inanırıq ki, Allah-təala Öz qüdrət və mər­həmətilə başqasının şəfaəti olmadan da bir çox mö­min­ləri oddan xilas edir.Biz Peyğəmbərin (s.a.v.) suyu süddən də ağ, bal­dan da şirin, müşkün qoxusundan da ətirli, uzu­nu və eni bir ay yol qədər, qabları səma ul­duz­ları kimi gözəl və çox olan hovuzu olmasına inanırıq. Onun ümmə­tindən olan mö­minlər bura gə­lirlər. Bu hovuzdan su içən heç vaxt susuzluq hiss etməz.Biz Cəhənnəm üzərində qurulmuş Sirat kör­pü­sünün varlığına inanırıq. İnsanlar onun üzə­rin­dən öz əməllərinə uyğun şəkildə keçirlər. Bi­rin­cilər şimşək, sonrakılar külək, daha son­ra­kı­lar quş kimi keçəcəklər. Peyğəmbər (s.a.v.) Si­ra­tın üstündə durub deyər: «Ya Rəbb! Kömək ol! Kö­mək ol!». Bu o vaxta qədər davam edir ki, bən­dələr öz əməlləri müqabilində sürünə-sürünə gə­lirlər. Siratın hər iki kənar tərəflərindən asıl­­mış maqqaşlar vardır ki, barəsində əmr aldıq­ları adamlardan yapışıb aşağı dartar və odun içinə atarlar. Biz Qurani-Kərimdə və Peyğəmbərin (s.a.v.) dediklə­rində qiyamət günü, onun dəh­şət­lə­ri barədə verilən xəbərlərə inanır və Al­lah­dan kömək diləyirik.Biz Peyğəmbərin (s.a.v.) Cənnət sakinlərinin Cən­nətə daxil ola bilməsi üçün şəfaət et­mə­sinə də inanırıq. Bu xüsusilə Peyğəmbərə (s.a.v.) aid olan şəfaətdir.Biz Cənnət və Cəhənnəmə də inanırıq. Cənnət ne­mətlərlə dolu bir yerdir ki, Allah-təala onu mö­min bəndələr üçün hazırlamışdır. Orada gözün görmədii, qulağın eşitmə­diyi, insan ağlına gəlmə­yən nemətlər vardır: «Etdikləri əməl­lərin müka­fatı olaraq möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib sax­lan­­dığını heç kəs bilməz!» (əs-Səcdə, 17).Cəhənnəm Allahın kafirlər və zalimlər üçün hazırla­dığı əzab yeridir. Orada insanın ağlına belə gəlməyən əzab və işgəncələr vardır: «Biz zalimlər üçün elə bir od hazırlamışıq ki, onun pər­dələri onları bürüyəcəkdir. İmdad istə­dikdə onlara qətran kimi üz­lərini büryan edən bir su ve­ri­ləcəkdir. O, nə pis içki, o Cəhən­nəm necə də pis yerdir!» (əl-Kəhf, 29).Cənnət və Cəhənnəm indi mövcuddurlar və əbə­di olaraq mövcud olacaqlar: «Allaha iman gə­­tirib yaxşı işlər görəni, Allah əbədi qalacaq, altından çaylar axan cənnətlərə da­xil edər. Həqiqətən, Allah ona gözəl ruzi bəxş etmiş­dir!» (ət-Talaq, 11); «Həqiqətən, Allah kafirlərə lənət etmiş və onlar üçün yanar od hazırla­mışdır. Onlar ora­da əbədi qalacaq, özlərinə nə bir hami, nə də bir köməkçi tapa biləcək­lər. Üzləri od içində o tərəf-bu tərəfə çevriləcəyi gün de­yə­cək­lər ki, kaş Allaha itaət edəydik, Pey­ğəm­bərə itaət edəydik!» (əl-Əhzab, 64-66).Biz həmçinin Qurani-Kərim və Peyğəmbərin (s.a.v.) həm ayrı-ayrı şəxslərin Cənnət sakinləri ol­masına, həm də buna layiq keyfiyyətləri təs­vir etməsinə şəhadət ve­ririk. Konkret olaraq Əbu Bəkr, Ömər, Osman, Əli­ və Peyğəm­bərin (s.a.v.) müəyyən etdiyi başqa şəxs­lərin Cənnətə getmələrinə şəhadət vardır. Hər bir mömin və Allahdan qorxan adamın Cən­nə­tə getməsi şəhadəti də vardır.Biz həmçinin Qurani-Kərim və Peyğəmbərin (s.a.v.) həm ayrı-ayrı şəxs­lərin Cəhənnəmə layiq olması şəhadətinə, həm də buna layiq keyfiyyətlərə malik olma­sı­nı təsvir etməsinə şəhadət veririk. Konkret olaraq Əbu Ləhəbin, Əmr ibn Lüheyy əl-Xüzainin və başqalarının Cəhənnəmə ge­də­cə­yi göstərilir. Hər bir kafir, Allaha şərik qoşan və müna­fiq şəxs Cəhənnəm əhli kimi təsvir edilir.Biz qəbr sınağına inanırıq. Bu, ölüyə onun dini və peyğəmbəri barədə sual veril­mə­si­dir: «Allah iman gəti­rən­ləri dünyada da, axi­rət­də də bir sözlə (şəhadətlə) sabitqədəm edər. Allah zalim­ləri azdırar. Allah istə­di­yini edər!» (İbrahim, 27).Mömin bu suallara belə cavab verir: “Rəbbim Al­lah­dır, dinim İslamdır, Pey­ğəmbərim Məhəmməd­dir". Kafir və mü­nafiq isə belə deyir: “Bil­mi­rəm, eşitdim ki, camaat nəsə deyir, mən də de­dim".Biz qəbrin möminlər üçün rahat ol­masına ina­nırıq: «Mələklər can­larını aldıqları pak adamlara: “Sizə salam olsun! Yaxşı əməl­lə­rinizə görə Cənnətə daxil olun!” - deyərlər» (ən-Nəhl, 32).Biz zalımlar üçün qəbrin əzab və əziyyətli olmasına da inanırıq: «Kaş sən zalimləri ölüm əzabı içində çabalayan, mələklərin də əl­lərini uzadıb: “Çıxarın canlarınızı! Siz Allaha qar­şı nahaq sözlər danışdığınız və Onun ayə­lə­rinə təkəbbür göstərdiyiniz üçün bu gün alçaldıcı bir əzabla cəzalandırıla­caq­sı­nız!” - dediklərini görəydin!» (əl-Ənam, 93).Bu mövzuda hədislər sayca çoxdur, bizə də mə­lumdur. Mömin bu cür qeyb işləri barədə Qurani-Kərimin və Peyğəmbərin (s.a.v.) dediklərinə inanma­lıdır, dünyada şahid olduqlarına əsaslanıb bunlara qarşı çıx­mamalıdır.Axirət işləri dünya işləri ilə müqayisə edilə bil­məz. Onlar arasında fərq son dərəcə bö­yük­dür. Allah Özü kömək olsun! QƏZA VƏ QƏDƏRƏ İMANBiz qəza və qədərin həm xeyiri, həm də şərinə inanırıq. Bu Allah-təalanın canlı varlıqlar üçün Öz elmi və hikmətinə uyğun olaraq müəyyən et­di­yi taledir.Qəza və qədərin dörd əsası vardır: Birincisi, biz Allahın hər şeyi - olmuşu, olanı və olacağı, necə olacağını Öz əzəli və əbədi elmi ilə bildiyinə, Onun elminin bil­mə­məz­likdən bilməyə keçməməsinə, nə də bilinib sonra unu­dul­muş olmamasına inanırıq.İkincisi, biz inanırıq ki, Allah-təala qiyamət gününə qədər baş verənlərin hamısını lövhi-məhfuzda yazmışdır: «Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa ha­mısını bi­lir? Bütün bunlar ya­zıdadır. Həqiqətən, bun­­­lar Allah üçün asandır!» (əl-Həcc, 70).Üçüncüsü, biz inanırıq ki, göylərdə və yer­də olan nə varsa hamısı Allahın istəyi ilə olmuşdur. Yal­nız Onun istədiyi olur. Hər şey Allahın iradəsilə olur. Onun istəmədiyi isə olmur.Dördüncüsü, biz inanırıq ki, «O hər şeyə vəkildir. Göylərin və yerin açar­la­rı Onun əlindədir» (əz-Zümər, 62-63).Bu dörd əsas həm Allah-təalanın Özün­dən olan­ları və həm də bən­dələrinin dediklərini, gördüyü və ya gör­mədiyi işləri əhatə edir. Bütün bunlar Allaha məlumdur, Onun dərgahında qə­ləmə alınmışdır. Allah-təala belə istəmiş və Öz iradəsinə uyğun olaraq yarat­mışdır: «Sizdən haqq yolunda olmaq istəyənlər üçün. Bilin ki, aləmlərin Rəbbi olan Allahın istəmədiyini siz də istəyə bilməz­siniz» (ət-Təkvir, 28-29); «Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vu­ruş­maz­dılar. Lakin Allah Öz is­tə­diyini edər!» (əl-Bəqərə, 253). «Allah istə­səydi, onlar bunu et­məz­dilər. On­ları uydurduq­ları yalan­larla bir­­­likdə boşla getsinlər!» (əl-Ənam, 112); «Si­zi də, sizin düzəlt­dik­lə­ri­nizi də Allah yaratmışdır» (əs-Saf­fat, 96).Bununla yanaşı, biz Allahın insanlara iradə azad­lığı və ona uyğun hərəkət qüdrəti verdiyinə də inanırıq. Bəndənin öz iradə və qüdrəti çərçi­vəsin­də hərəkət etməsinə aşağıdakı işlər dəlalət edir:Birincisi, Allah-təala buyurur: «İstə­diyiniz vaxt­da öz tarlanıza gəlin!» (əl-Bəqərə, 223).«Əgər onlar cihada çıxmaq istə­səy­di­lər, ona hazırlıq görərdilər» (ət-Tovbə, 46). Bununla Allah-təala bəndəsinə istə­diyi vaxt gəlmək və öz iradəsilə hazırlıq görmək azadlığı verir.İkincisi, bəndəyə aid etdiyi əmr və qa­dağan məsə­ləsi. Doğrudan da əgər bən­dənin iradə azadlığı olmasaydı, bir işi görməyi əmr və ya qada­ğan etmək ona yerinə yetirə bilməyəcəyi bir vəzifə tapşırmaq demək olardı. Allahın hik­məti, mər­həməti və Onun bu haqq sözü belə işə yol verməzlər: «Allah heç kəsi gücü çat­ma­yan işi görməyə vadar etməz» (əl-Bəqərə, 286).Üçüncüsü, yaxşı iş görəni yaxşı əməli müqa­bilində tərifləmək, pis iş gö­rə­ni isə pis əməli müqabilində pisləmək, hər birinə öz əməyinə görə mükafat və ya cəza vermək. Əgər bəndə öz istəyi və ira­dəsi ilə hə­rə­kət etməsəydi, onu yaxşı əmələ görə müka­fatlandırmaq, pis əmələ görə isə cəza­lan­dırmaq mənasız olardı. Allah-təala isə mə­na­sız və haqsız işlər görməkdən uzaq­dır.Dördüncüsü, Allah-təala peyğəmbərlər gön­dərmiş­dir: «Biz peyğəm­bər­ləri müjdə gətirən və əzab­la qorxudan kimi göndərdik ki, daha in­san­larda pey­ğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüv­vət və hikmət sahibidir!» (ən-Nisa, 165). Əgər insanlar öz iradə və istəyi ilə iş görə bilmə­səydilər, onda onların bəhanələri peyğəmbərlər göndərməklə kəsilməzdi.Beşincisi, hər bir adam heç bir irad olmadan bə­zi işlər görür və ya görmür. İnsan öz ira­də­silə durub-oturur, gedir-gəlir, səfər edir, sakin olur. O kiminsə bu işlərə görə ona irad tutmasını hiss etmir. İnsan bir işi görmək və ya görməmək seçimi arasında qalanda real­lıqdan çı­xış edib öz iradəsilə hərəkət edir: istə­dikdə edir, istəmə­dikdə etmir. Eynilə şəriət də bu iki seçim arasında hikmətli bir fərq qoyur. Allah-təalanın haqqı ilə bağlı özünün də nifrət etdiyi bir işə yol verən şəxsə irad tutulmur. Bizim fikrimizcə, Allah-təalanın qəzavü-qədərinə qarşı çıxan günahkarın heç bir bəhanəsi yoxdur. Çünki günahkar günah işi öz iradəsilə, Allah-təalanın bunun onun üçün qədər, tale yazdığını bilmədən tutur. Belə ki, hər kəs Allahın ona müəyyən etdiyi qəzavü-qədəri yalnız baş verəndən sonra dərk edir: «Heç kəs səhər nə edəcəyini, heç kəs harada öləcəyini bilməz» (Loğman, 34). Əgər bir adam sonradan üzr istəyəcəyi bir işi tutduğu vaxt gətirəcəyi bəhanəni bilmirsə, onda bu bəhanə necə doğru ola bilər? Allah-təala bu cür bəhanəni batil edir: «Müşrik­lər belə de­yə­cək­lər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız şərik qoşar, nə də bir şeyi ha­ram edərdik”. Onlar özündən əvvəlki­ləri də be­lə təkzib etmişdilər ki, axırda əza­bı­mı­zı daddılar. Onlara de: “Bizim qarşı­mıza çı­xacaq bir biliyiniz varmı? Siz yalnız zən­nə qapılır və yalanlar uydurursunuz!”» (ən-Ən­am, 148).Qəzavü-qədərə etiraz edən günahkara bunu de­yirik: “Allah sənin taleyini yazmış olduğunu nə­zərə alıb nə üçün ona itaət etmirsən? Qə­zavü-qədəri bilmədən törətdiyinlə günah arasında heç bir fərq yoxdur? Peyğəmbər (s.a.v.) səhabə­lərə onlardan hər birinin istər Cənnətdəki, istərsə də Cəhənnəmdəki ye­rinin artıq müəyyən edil­di­yini (yazıl­dığını) deyəndə onlar soruşdular: “On­da taleyimizə ümid edib, hər işi başlı-ba­şına buraxaq?” Peyğəmbər (s.a.v.): “Yox, hər bir uğur ona layiq olana çatır” – cavabını verir”. Qə­zavü-qədərə etiraz edən günahkara de­yirik: “Tutaq ki, Məkkəyə getmək istə­yirsən. Ora iki yol aparır. Bir etibarlı adam sənə bildirir ki, bu yol­lar­dan biri qorxuludur, çətindir, ikincisi isə sa­kit­dir, asandır. Sən ikinci yolla gedərsən. Mə­nim ta­le­yi­mə bu yol yazılıb deyə birinci yol ilə getməzsən. Əks təqdirdə, camaat səni dəli sa­yacaq".Günahkara həmçinin deyirik: “Tutaq ki, sənə iki vəzifə təklif edirlər: bi­rinin maaşı daha çoxdur. Sən heç bir sıxıntı hiss etmədən bu vəzifədə çalışacaqsan. Bəs onda necə olur ki, sən axirət əməlində özünə ən al­çaq bir işi rəva bilirsən, sonra da taleyə eti­raz edirsən?”Ona həmçinin deyirik: “Götürək ki, sən xəstəsən. Həkimlərin qa­pısını müalicə üçün döymüsən. Cər­ra­hiyyə əmə­liyyatının ağrılarına, dər­man­ların acı­lığına dö­zür­sən. Bəs nə üçün qəlbin dinsizlik xəstə­liyinə tutulduqda bu cür hərəkət etmirsən?”Biz inanırıq ki, Allah-təalanın mər­həmət və hikmə­tinin mükəmməlliyinə görə Ona şər iş mənsub edilə bilməz. Pey­ğəmbər (s.a.v.) demişdir: «Şər sənin üçün deyildir» (Müslimin rəva­yə­ti­dir). Yəni Allah-təalanın qəzavü-qədə­rində şər yoxdur. Çünki qəzavü-qədər Onun mərhəmət və hik­mə­tin­­dən irəli gəlir.Şər qəzavü-qədərin tələblərinə bir əlavə ola bilər. Peyğəmbər (s.a.v.) Hə­sənə öyrətdiyi qunut dua­sında deyir: «Mənə qəzavü-qədər bildiyin şər­dən məni qoru». Göründüyü kimi burada o, şəri taleyə yazılmış olana əlavə edir. Bu­nunla yanaşı tələ­batda olan şər xalis şər deyildir. Onun xeyir və şər olması yerdən və haldan ası­lıdır. Bir yerdə şər olan, bir tərəfdən xeyir də ola bilər. Həmçi­nin bir halda şər olan, başqa halda xeyir ola bilər.Yer üzündə fitnə-fəsad, quraqlıq, xəs­təlik, kasıb­lıq və qorxu bir halda şərdir, lakin başqa bir halda isə xeyirdir. Allah-təala buyurur: «İn­san­ların öz əlləri ilə törətdiyi pis əməllər üzün­dən qurunu da, dənizi də fəsad bürü­yə­cək­dir ki, Allah onlara et­dik­lərinin nəti­cə­lə­rini daddır­sın və, bəlkə, onlar pis yoldan qayıtsınlar» (ər-Rum, 41).Oğrunun əlinin kəsilməsi, zinakarların daşqalaq edilməsi oğru və zinakar üçün şərdir, çünki əl kəsi­lir, can alınır. Lakin bu cəzalar başqa halda həm də onların hər ikisi üçün xeyirdir. Bu cəza onların günahlarını yuyar, dünya və axirət cəzalaranı birləş­dirməz. Digər tərəf­dən, bu cə­zalar malın, namusun və ailənin qorunması baxı­mın­dan da xeyirdir. İMANIN FAYDALARIGöstərdiyimiz bu əzəmətli əsaslara söykənən pak əqidəmiz öz sahibinə çoxsaylı gözəl səmə­rə­lər bəxş edir.Allah-təalaya, Onun adlarına və si­fət­lərinə iman bəndəyə Allaha məhəbbət və itaət, əmrini yeri­nə yetirmək və qadağan etdiyindən uzaq olmaq kimi bir səmərə bəxş edir. Allahın əmrini ye­rinə yetir­mək, qadağan etdiyindən uzaq olmaqla fərd və cəmiyyət dünya və axirət səadətinə çat­mış olur: «Mömin olub yaxşı iş­lər görən kişi və qadına xoş həyat bəxş edəcək, onlara et­diklərinə görə ən gö­zəl mükafat verə­cəyik» (ən-Nəhl, 97).Mələklərə imanın səmərələri:Birincisi, onları yaradanın əzə­mətini, qüdrət və hökmünü dərk etmək.İkincisi, Allah-təalaya bəndələrinə göstər­di­yi qayğıya görə təşəkkür bil­dir­mək. Belə ki, Allah bu mələklərə bən­də­ləri qorunmaq, əməl­lə­ri­ni yazmaq və sair bu kimi taleyüklü işləri hə­va­lə et­miş­dir.Üçüncüsü, mələklərin Allah-təalaya ən mükəm­məl bir şəkildə ibadət etməsinə və mö­minlər üçün ba­ğışlanma dilə­mə­sinə görə onlara mə­həbbət bəsləmək.Allahın kitablarına imanın səmərələri:Birincisi, Allah-təalanın mərhəmə­ti­ni, qay­ğı və yaratmaq qüdrətini dərk etmək. Belə ki, Al­lah hər bir millətə ona haqq yolunu gös­tərən ki­tab göndərmişdir.İkincisi, hər bir millətin münasib qanun­la­rını bu kitablarda verməklə Allah-təalanın hik­mə­tinin zahir olması. Bu kitabların sonuncusu olan Qurani-kərim qiyamət gününə qədər hər za­man və hər yerdə bütün məxluqlara münasibdir.Üçüncüsü, buna görə Allah-təalanın ne­mətinə şükür etmək.Peyğəmbərlərə imanın səmərələri:Birincisi, Allah-təalanın mərhə­mə­ti­ni, qay­ğı və yaratmaq qüd­rə­tini dərk etmək. Belə ki, O, in­san­lara haqq və düzgünlük yo­lunu gös­tərmək üçün bu kəramətli pey­ğəm­bərləri göndərmişdir.İkincisi, bu böyük nemətə görə Allaha şükür etmək.Üçüncüsü, peyğəmbərlərə layiq olduqları qədər mə­həbbət, hörmət və ehtiram his­sləri bəsləmək. Çün­ki onlar Allah-təa­la­nın elçiləri, Allahın ən yaxşı bən­dələri olub Allaha ibadət etmiş, risaləsini yaymış, bəndələrinə məruz qaldıqları əziy­yət­lərə döz­məyi məsləhət görmüşlər.Axirət gününə imanın səmərələri:Birincisi, Allah-təalaya itaətə həris­lik, bu gü­nün savabını qazanmaq, onun cə­zasından qorxub gü­nah işlərdən uzaq olmaq istəyində olmaq.İkincisi, möminin dünya nemətlərinin it­kisini unut­ma­sı, axirətin nemət və savabını qazana­ca­ğın­dan ləzzət duyması.Qəzavü-qədərə imanın səmərələri:Birincisi, hər bir işin səbəbi Allah-təa­lanın qəza və qədəri ilə müəyyən olunur.İkincisi, nəfsin rahatlığı, qəlbin sakit­li­yi. Çünki insan biləndə ki, bu iş Allah-təalanın qəza və qədəri ilə baş verir, hər bir istədiyi iş qaçılmazdır, nəfsi rahatlanır, qəlbi sakit­ləşir və o əmin olur ki, Rəbbinin qəza və qə­də­rinə iman gəti­rəndən də ar­tıq sakit və rahat həyat keçirən bir adam ola bilməz!Üçüncüsü, istədiyinə çatanda özünə məf­tun­luqdan uzaq olmaq. Çünki bu işin baş tutması Al­lahın ne­mətidir, Onun müəyyən etdiyi xeyir və uğur sə­bəb­lərindəndir. İnsan buna görə Allaha şükür edir, özü­nə məftunluqdan uzaqlaşır.Dördüncüsü, istədiyin baş vermədikdə və is­təmədiyin baş verəndə rahatsızlıq və həyacandan uzaq olmaq. Çünki bütün bunlar, Allahın yazısı ilədir. Yal­nız O, göylərdə və yerdə hökmün sa­­­­hi­bi­dir. İnsan buna dözməli və xeyirli əvəzini göz­lə­məlidir.Allah-təala bu barədə buyurur: «Yer üzündə baş verən və sizin öz ba­şınıza gələn elə bir mü­sibət yoxdur ki, Biz onu ya­rat­mamışdan əvvəl o, bu kitabda (lövhi-məhfuzda) yazıl­ma­­mış ol­­sun. Bu, Allah üçün çox asandır! Bu sizin əli­nizdən çı­xan­a kədər­lən­mə­məyiniz və si­zə verilənə də sevinib qür­rə­lən­məməyiniz üçün­dür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz!» (əl-Hədid, 22-23).Allah-təaladan bizi bu əqidə ilə silah­lan­dırmağı, onun səmərələrini bizə bəxş etməyi, onun üstünlüklərini daha da artırmağı, bi­zi haqq yoluna yönəldəndən sonra ürəyimizi sın­dır­mamağı, bizə Öz mərhəmətini bəxş etməyi rica edi­rik. O hədiyyələr bəxş edəndir. Aləmlərin rəbbi Allaha həm­­d olsun!

المرفقات

4

Bu kitabda qüdrtəli və böruk Rəbbimizi tanımağın yollarından bəhs edilir. 1-ci hissə.
Bu kitabda qüdrtəli və böruk Rəbbimizi tanımağın yollarından bəhs edilir. 1-ci hissə.
Bu kitabda qüdrətli və böyük Allahı tanımağın yollarından söz açılır. 2-ci hissə
Bu kitabda qüdrətli və böyük Allahı tanımağın yollarından söz açılır. 3-cu hissə