البحث

عبارات مقترحة:

الغفار

كلمة (غفّار) في اللغة صيغة مبالغة من الفعل (غَفَرَ يغْفِرُ)،...

المقدم

كلمة (المقدِّم) في اللغة اسم فاعل من التقديم، وهو جعل الشيء...

القيوم

كلمةُ (القَيُّوم) في اللغة صيغةُ مبالغة من القِيام، على وزنِ...

الترجمة الأذرية

ترجمة معاني القرآن الكريم للغة الاذرية ترجمها علي خان موساييف، نشرها مجمع الملك فهد لطباعة المصحف الشريف. عام الطبعة 1433هـ. ملاحظة: ترجمات بعض الآيات (مشار إليها) تم تصويبها بمعرفة مركز رواد الترجمة، مع إتاحة الاطلاع على الترجمة الأصلية لغرض إبداء الرأي

1- ﴿بَرَاءَةٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ﴾


1. Bu, Allah və Onun Elçisi tə­rə­fin­dən əhd bağladığınız müş­rik­lərə on­larla olan əhdlərin po­zul­ması barədə bir xəbər­darlıq­dır.

2- ﴿فَسِيحُوا فِي الْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۙ وَأَنَّ اللَّهَ مُخْزِي الْكَافِرِينَ﴾


2. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz müş­rik­lər Allah­dan yaxa qur­ta­ra bil­məyəcəksiniz və Allah ka­firləri rüs­vay edəcəkdir.

3- ﴿وَأَذَانٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الْأَكْبَرِ أَنَّ اللَّهَ بَرِيءٌ مِنَ الْمُشْرِكِينَ ۙ وَرَسُولُهُ ۚ فَإِنْ تُبْتُمْ فَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۗ وَبَشِّرِ الَّذِينَ كَفَرُوا بِعَذَابٍ أَلِيمٍ﴾


3. Bu, Allah və Onun Elçisi tə­rəfin­dən ən böyük həcc günü in­san­lara Alla­­hın və Onun El­çi­si­nin müşriklərdən uzaq ol­masını elan edəcək bir bil­diriş­dir. Əgər tövbə etsəniz, bu si­zin üçün xe­yirli olar. Yox əgər üz döndərsə­niz, bilin ki, siz Allah­­dan yaxa qurtara bil­mə­yəcək­si­niz. Kafirləri ağrılı-acılı bir əzabla müj­də­lə.

4- ﴿إِلَّا الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنْقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُوا عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّوا إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ﴾


4. Saziş bağladıqdan sonra onu poz­mamış və sizin əleyhi­nizə heç kəsə yar­dım göstər­mə­miş müşrik­lər istisnadır. On­­lar­la olan mü­qa­vilənizi, müd­dəti bi­tənədək yerinə yetirin. Həqi­qətən, Allah müt­təqi­ləri sevir.

5- ﴿فَإِذَا انْسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَخَلُّوا سَبِيلَهُمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ﴾


5. Haram aylar bitdikdə müş­­riklərə harada rast gəlsəniz, on­ları öl­dü­rün, əsir tutun, mü­ha­sirəyə alın və on­lara hər yerdə pusqu qu­run. Əgər tövbə et­sə­lər, namaz qılıb zəkat ver­sə­lər, on­ları sər­bəst buraxın. Çünki Allah Bağış­layandır, Rəhmli­dir.

6- ﴿وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَامَ اللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْلَمُونَ﴾


6. Əgər müşriklərdən biri sən­dən aman diləsə, ona aman ver ki, Allahın sö­zünü eşitsin. Sonra onu özünün xa­tir­cəm ol­duğu ye­rə çat­dır. Çünki onlar haqqı bilməyən bir qövmdür.

7- ﴿كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِنْدَ اللَّهِ وَعِنْدَ رَسُولِهِ إِلَّا الَّذِينَ عَاهَدْتُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ ۖ فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ﴾


7. Məscidulharamın ya­nın­da sa­ziş bağ­ladığınız kəslər istis­na ol­maqla müş­riklərin Allah və Onun Elçisi yanında nə əh­di ola bi­lər? Nə qədər ki, onlar si­zinlə düzgün davranır, siz də onlarla düz­gün davranın. Hə­qi­qətən, Allah müt­tə­qiləri se­vir.

8- ﴿كَيْفَ وَإِنْ يَظْهَرُوا عَلَيْكُمْ لَا يَرْقُبُوا فِيكُمْ إِلًّا وَلَا ذِمَّةً ۚ يُرْضُونَكُمْ بِأَفْوَاهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَ﴾


8. Necə ola bilər?! Əgər on­lar sizə qa­lib gəlsələr, nə qo­humluq əla­qəsinə, nə də əhdə riayət et­məz­lər. Onların qəl­bin­də nifrət ol­du­ğu halda, dildə sizi ra­zı sal­mağa çalışarlar. On­ların çoxu fa­siq­lər­dir.

9- ﴿اشْتَرَوْا بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا فَصَدُّوا عَنْ سَبِيلِهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ﴾


9. Onlar Allahın ayələrini ucuz qiy­mətə satır və insanları Onun yolundan döndərirdilər. Onların tutduqları iş ne­cə də pisdir!

10- ﴿لَا يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلًّا وَلَا ذِمَّةً ۚ وَأُولَٰئِكَ هُمُ الْمُعْتَدُونَ﴾


10. Onlar möminlərlə mü­na­­si­bətdə nə qohumluq əlaqə­si­nə, nə də əhdə ria­yət etmir­lər. Onlar həddi aşanlardır.

11- ﴿فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ ۗ وَنُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ﴾


11. Əgər tövbə etsələr, na­maz qılıb zə­kat versələr, onlar sizin din qar­daş­la­rı­nızdır. Biz ayələri bilən adamlara be­lə­cə izah edirik.

12- ﴿وَإِنْ نَكَثُوا أَيْمَانَهُمْ مِنْ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا فِي دِينِكُمْ فَقَاتِلُوا أَئِمَّةَ الْكُفْرِ ۙ إِنَّهُمْ لَا أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنْتَهُونَ﴾


12. Əgər kafir başçılar əhd bağ­la­dıq­dan sonra andlarını po­zub di­­ni­ni­zə böhtan atsalar, onlarla vuru­şun, çün­ki onlar anda əhə­miy­yət verməzlər. Bəlkə, küfrdən əl çəkələr.

13- ﴿أَلَا تُقَاتِلُونَ قَوْمًا نَكَثُوا أَيْمَانَهُمْ وَهَمُّوا بِإِخْرَاجِ الرَّسُولِ وَهُمْ بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَاللَّهُ أَحَقُّ أَنْ تَخْشَوْهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ﴾


13. Məgər siz andlarını po­zan, Pey­ğəm­bəri öz yurdundan qov­maq fikrində olan, özləri də sizinlə döyüşü birinci başla­yan bir ca­ma­atla vuruşmaya­caq­sı­nız? Mə­gər onlardan qor­xur­su­nuz? Əgər mö­­min­si­niz­sə, daha çox Allahdan qorxmalı­sı­nız.

14- ﴿قَاتِلُوهُمْ يُعَذِّبْهُمُ اللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنْصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُؤْمِنِينَ﴾


14. Onlarla vuruşun ki, Allah sizin əl­lə­rinizlə onlara əzab ver­sin, onları rüs­vay etsin, sizə on­la­rın üzərində qələbə çaldır­sın, mö­min camaatın qəlbini se­vin­dirsin

15- ﴿وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ اللَّهُ عَلَىٰ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾


15. və möminlərin qəlbin­dən qəzəbi si­lib aparsın. Allah is­tə­diyi kə­sin töv­bə­sini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.

16- ﴿أَمْ حَسِبْتُمْ أَنْ تُتْرَكُوا وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَلَمْ يَتَّخِذُوا مِنْ دُونِ اللَّهِ وَلَا رَسُولِهِ وَلَا الْمُؤْمِنِينَ وَلِيجَةً ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾


16. Yoxsa elə hesab edir­si­niz ki, Allah sizlərdən cihad edən­ləri, Allah­dan, Onun Elçi­sin­dən və möminlərdən başqa­sını öz­lərinə sir­daş tutmayan­ları sı­na­madan siz sərbəst bu­raxı­lacaq­sı­nız? Allah nə etdik­lərinizdən xəbərdardır.

17- ﴿مَا كَانَ لِلْمُشْرِكِينَ أَنْ يَعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِينَ عَلَىٰ أَنْفُسِهِمْ بِالْكُفْرِ ۚ أُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِي النَّارِ هُمْ خَالِدُونَ﴾


17. Müşriklər küfr etdiklə­ri­ni bil­dik­ləri halda, onlara Alla­hın məs­cidlərini abadlaş­dır­maq ya­ra­maz. Onların əməl­ləri pu­ça çıx­mış­­dır. Onlar Odda əbə­di qalacaqlar.

18- ﴿إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللَّهِ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلَّا اللَّهَ ۖ فَعَسَىٰ أُولَٰئِكَ أَنْ يَكُونُوا مِنَ الْمُهْتَدِينَ﴾


18. Allahın məscidlərini yal­­nız Allaha və Axirət gününə iman gə­tirən, namaz qılan, zə­kat verən və Allahdan başqa heç kəsdən qorx­mayanlar abad­laşdırar. Ola bilsin ki, onlar doğ­ru yolla ge­dən­lər­dən ol­sunlar.

19- ﴿۞ أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللَّهِ ۚ لَا يَسْتَوُونَ عِنْدَ اللَّهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ﴾


19. Doğrudanmı siz hacı­la­ra su ver­məyi və Məscidul­ha­ramı abad­laş­dır­ma­ğı Allaha və Axi­rət gü­nünə iman gə­tirib Allah yo­lun­da cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Alla­hın ya­nın­da bərabər sayıl­mırlar. Allah zalım qövmü doğru yola yönəlt­məz.

20- ﴿الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِنْدَ اللَّهِ ۚ وَأُولَٰئِكَ هُمُ الْفَائِزُونَ﴾


20. İman gətirib hicrət edən və Allah yolunda öz malı və ca­nı ilə cihad edən­lərin Allah ya­nında ən yüksək də­rə­cə­ləri var­dır. Məhz onlar nicat tapan­lar­­dır.

21- ﴿يُبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَهُمْ فِيهَا نَعِيمٌ مُقِيمٌ﴾


21. Rəbbi Öz tərəfindən on­ları bir mər­həmət, razılıq və içəri­sin­də onlar üçün tükən­məz ne­mətlər olan cən­nətlərlə müjdə­lə­yir.

22- ﴿خَالِدِينَ فِيهَا أَبَدًا ۚ إِنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ﴾


22. Onlar orada əbədi qala­caq­lar. Şüb­həsiz ki, ən böyük müka­fat Allah yanındadır.

23- ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا آبَاءَكُمْ وَإِخْوَانَكُمْ أَوْلِيَاءَ إِنِ اسْتَحَبُّوا الْكُفْرَ عَلَى الْإِيمَانِ ۚ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ﴾


23. Ey iman gətirənlər! Əgər ata­la­rı­nız və qardaşla­rı­nız küf­rü imandan üs­tün sayır­larsa, on­ları dost tut­mayın. Siz­lər­dən onları dost tutanlar zalım­lar­dır.

24- ﴿قُلْ إِنْ كَانَ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُمْ مِنَ اللَّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ﴾


24. De: “Əgər atalarınız, oğul­larınız, qardaşlarınız, zöv­cə­lə­ri­niz, yaxın qo­humlarınız, qa­zan­dı­ğınız mallar, iflasa uğ­ra­ma­sın­dan qorxduğunuz alış-veri­şi­niz və bə­yəndiyiniz məs­kən­lər sizə Allah­dan, Onun El­çi­sindən və Onun yo­­lunda ci­had­dan daha əziz­dir­sə, Allah Öz əmrini verincəyə qədər gözlə­yin. Allah günah­kar­la­rı doğru yola yönəlt­məz”.

25- ﴿لَقَدْ نَصَرَكُمُ اللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُمْ مُدْبِرِينَ﴾


25. Həqiqətən, Allah əksər dö­yüş­lər­də, habelə Huneyn gü­nün­də də sizə kö­mək etmiş­di. O zaman çoxluğunuza alu­də oldunuz, am­ma bu sizin ka­rı­nıza gəlmədi. Yer üzü, geniş­liyinə bax­ma­ya­raq, sizə dar gəl­di, sonra geriyə çevrilib qaç­dı­nız.

26- ﴿ثُمَّ أَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَنْزَلَ جُنُودًا لَمْ تَرَوْهَا وَعَذَّبَ الَّذِينَ كَفَرُوا ۚ وَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَ﴾


26. Sonra Allah Öz Elçisinə və mö­min­lərə əminlik nazil et­di, gö­rə bilmə­di­yiniz döyüş­çülər gön­dərdi və kafir­lə­rə əzab verdi. Bu­­dur kafirlərin cə­zası.

27- ﴿ثُمَّ يَتُوبُ اللَّهُ مِنْ بَعْدِ ذَٰلِكَ عَلَىٰ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ﴾


27. Bundan sonra isə Allah istədi­yi­nin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhm­lidir.

28- ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللَّهُ مِنْ فَضْلِهِ إِنْ شَاءَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ حَكِيمٌ﴾


28. Ey iman gətirənlər! Hə­qi­qətən də, müşriklər murdar­dırlar. Odur ki, özlə­rinin bu ilin­dən sonra Məscidulharama yaxınlaş­ma­sınlar. Əgər kasıb­lıqdan qor­­xur­sunuzsa, bilin ki, Allah istəsə, Öz lüt­fündən bəxş etməklə sizi var­landırar. Həqi­qə­tən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

29- ﴿قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ اللَّهُ وَرَسُولُهُ وَلَا يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ حَتَّىٰ يُعْطُوا الْجِزْيَةَ عَنْ يَدٍ وَهُمْ صَاغِرُونَ﴾


29. Kitab verilənlərdən Alla­ha və Axi­rət gününə iman gə­tir­mə­yən, Allahın və Onun El­çi­sinin haram buyurduğunu ha­ram say­ma­yan və həqiqi din olan İs­lama etiqad etmə­yənlər­lə, zəlil günə qa­­lıb öz əlləri ilə cizyə verməyə məcbur olun­caya qədər vuruşun.

30- ﴿وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللَّهِ وَقَالَتِ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُمْ بِأَفْوَاهِهِمْ ۖ يُضَاهِئُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ ۚ قَاتَلَهُمُ اللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ﴾


30. Yəhudilər: “Üzeyir Alla­hın oğlu­dur”– dedilər. Xaçpə­rəstlər də: “Məsih Allahın oğ­ludur”– dedi­lər. Bu onların ağız­ların­dan çı­xan sözlərdir. Bu, da­ha əv­vəlki kafir­lərin sözlə­rinə ox­şayır. Allah on­ları məhv et­sin! Gör necə də haq­­dan dön­dəri­lirlər!

31- ﴿اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِنْ دُونِ اللَّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَٰهًا وَاحِدًا ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ﴾


31. Onlar Allahı qoyub baş elm adamlarını və rahiblərini, bir də Mər­yəm oğlu İsa­nı tanrılar qə­bul et­­dilər. Halbuki on­la­ra an­caq tək olan İlaha ibadət et­mək əmr olun­muşdu. Ondan başqa ibadə­tə la­yiq olan məbud yox­­dur. O, bunların şərik qoş­duq­ları şeylərdən uzaq­dır.

32- ﴿يُرِيدُونَ أَنْ يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَنْ يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ﴾


32. Onlar ağızları ilə Alla­hın nu­runu söndürmək istəyir­lər. Allah isə buna yol verməz, ka­firlərin xoşuna gəlməsə də, O, Öz nu­runu tamamlayar.

33- ﴿هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ﴾


33. Müşriklərin xoşuna gəl­mə­sə də, İslamı bütün dinlər­dən üs­tün etmək üçün Öz El­çi­sini doğru yol göstəricisi və haqq din ilə gön­dərən Odur.

34- ﴿۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ كَثِيرًا مِنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ ۗ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ﴾


34. Ey iman gətirənlər! Elm adamlarından və rahiblərdən ço­xu in­san­ların mal­larını haqsız ola­raq yeyir və onları Allah yo­lundan dön­dərirlər. Qızıl-gü­müş yı­ğıb onları Allah yo­lun­da sərf etmə­yən­lə­ri ağrılı-acılı bir əzabla müjdələ.

35- ﴿يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَٰذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِزُونَ﴾


35. O gün bu yığdıqları sər­vət­lər Cə­hən­nəm odunda qız­dırıla­caq və bu­nun­la onların alınlarına, böyürlərinə və kü­rəklərinə damğa vu­rulacaq və onlara: “Budur özü­nüz üçün yığdıqlarınız. Elə isə da­dın yığ­­dıqlarınızı!”– deyilə­cəkdir.

36- ﴿إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنْفُسَكُمْ ۚ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ﴾


36. Həqiqətən, Allah yanın­da ayla­rın sayı on ikidir. Bunu da Allah göy­lə­ri və yeri yarat­dığı gündə Kitaba yaz­mışdır. Bunlar­dan dördü haram aylar­dır. Doğru din budur. Odur ki, bu ay­larda özünüzə zülm et­mə­yin. Müşriklər hamısı bir yer­də sizinlə vu­ruş­duq­ları ki­mi, siz də hamı­nız bir yerdə on­larla vuruşun və bilin ki, Allah müt­təqilər­lədir.

37- ﴿إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ ۖ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُوا يُحِلُّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِيُوَاطِئُوا عِدَّةَ مَا حَرَّمَ اللَّهُ فَيُحِلُّوا مَا حَرَّمَ اللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ﴾


37. Haram ayı təxirə sal­maq ancaq küf­rü artırır. Bu­nunla da ka­fir­lər az­dı­rı­lırlar. Onlar bu­nu bir il halal sayır, bir il də haram sa­yır­lar ki, Alla­hın ha­ram et­diyi ayların sayını uy­ğunlaşdırsın­lar və Allahın ha­ram buyurdu­ğu­nu halal et­sin­lər. Beləcə, on­ların pis əməl­ləri öz­lə­ri­nə gö­zəl gös­tə­rildi. Allah kafir adam­ları doğ­ru yola yö­nəltməz.

38- ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انْفِرُوا فِي سَبِيلِ اللَّهِ اثَّاقَلْتُمْ إِلَى الْأَرْضِ ۚ أَرَضِيتُمْ بِالْحَيَاةِ الدُّنْيَا مِنَ الْآخِرَةِ ۚ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا قَلِيلٌ﴾


38. Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda dö­yüşə çıxın!”– de­yil­dikdə yeri­nizdə qaxı­lıb qalırsınız? Ol­ma­ya, axirətdən daha çox dünya hə­yatından razı­sınız? Halbuki dünya hə­yatının ke­çici zövqü axirətlə müqa­yi­sə­də çox də­yər­siz bir şeydir.

39- ﴿إِلَّا تَنْفِرُوا يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْئًا ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ﴾


39. Əgər döyüşə çıxmasa­nız, Allah sizi ağrılı-acılı bir əzaba dü­çar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zə­rər yetirə bilməz­si­niz, çünki Allah hər şeyə qa­dirdir.

40- ﴿إِلَّا تَنْصُرُوهُ فَقَدْ نَصَرَهُ اللَّهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُوا ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لَا تَحْزَنْ إِنَّ اللَّهَ مَعَنَا ۖ فَأَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُوا السُّفْلَىٰ ۗ وَكَلِمَةُ اللَّهِ هِيَ الْعُلْيَا ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ﴾


40. Əgər siz Peyğəmbərə kö­mək et­mə­səniz, bilin ki, Allah ona ar­tıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nə­fər­dən ikincisi ola­raq Məkkədən çı­xart­dı­lar. O iki nəfər mağa­rada olar­kən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlə­dir!” Bun­dan sonra Allah ona arxa­yınlıq nazil etdi, sizin görmə­di­yi­niz döyüşçülər­lə ona yar­dım göstərdi və kafir­lərin sö­zü­nü al­çalt­dı. Ancaq Alla­hın Sözü uca­dır. Allah Qüd­rətlidir, Hikmət sahibidir.

41- ﴿انْفِرُوا خِفَافًا وَثِقَالًا وَجَاهِدُوا بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ﴾


41. Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, ma­lınız və ca­nınızla Allah yolunda ci­had edin! Biləsiniz ki, bu si­zin üçün da­ha xeyirlidir.

42- ﴿لَوْ كَانَ عَرَضًا قَرِيبًا وَسَفَرًا قَاصِدًا لَاتَّبَعُوكَ وَلَٰكِنْ بَعُدَتْ عَلَيْهِمُ الشُّقَّةُ ۚ وَسَيَحْلِفُونَ بِاللَّهِ لَوِ اسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنْفُسَهُمْ وَاللَّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَاذِبُونَ﴾


42. Əgər səfəriniz gəlir gəti­rən və yüngül bir yürüş ol­say­dı, on­lar mütləq sənin ardınca ge­dərdilər. Lakin əziy­yətli yol onlara çə­tin gəldi. Onlar: “Əgər taqətimiz ol­saydı, biz də si­zin­lə bəra­bər çı­xar­dıq!”– deyə Alla­ha and içəcək­lər. Onlar öz­lə­ri­ni həlak edirlər. Çünki Allah on­ların yalançı olduq­larını bilir.

43- ﴿عَفَا اللَّهُ عَنْكَ لِمَ أَذِنْتَ لَهُمْ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُوا وَتَعْلَمَ الْكَاذِبِينَ﴾


43. Allah səni bağışlasın! Doğ­ru da­nışanlar sənə bəlli ol­mamış, yalançıları da tanıma­mış nə üçün onlara cihaddan yayınmağa izin verdin?

44- ﴿لَا يَسْتَأْذِنُكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أَنْ يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ﴾


44. Allaha və Axirət günü­nə iman gə­tirənlər Allah yolunda mal­ları və can­­ları ilə cihad et­mək üçün səndən izin istə­məz­­lər. Allah müttəqiləri tanı­yır.

45- ﴿إِنَّمَا يَسْتَأْذِنُكَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَارْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِي رَيْبِهِمْ يَتَرَدَّدُونَ﴾


45. Ancaq Allaha və Axirət gü­nünə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər dö­yüşə get­məmək məqsədilə sən­dən izin istə­yir­lər. Onlar öz şüb­hə­ləri için­də tərəddüd edir­lər.

46- ﴿۞ وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَٰكِنْ كَرِهَ اللَّهُ انْبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ اقْعُدُوا مَعَ الْقَاعِدِينَ﴾


46. Əgər onlar döyüşə çıx­maq istə­səy­dilər, mütləq ona hazır­lıq gö­rərdilər. La­kin Allah on­ların döyüşə getməsini istə­mə­di və on­la­rı saxladı. Onlara: “Evdə otu­ranlarla bərabər, siz də oturun!”– de­yildi.

47- ﴿لَوْ خَرَجُوا فِيكُمْ مَا زَادُوكُمْ إِلَّا خَبَالًا وَلَأَوْضَعُوا خِلَالَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ﴾


47. Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işi­niz­də qa­rışıqlığı ar­tırar və sizi fit­nəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə on­lara qulaq asanlar da var. Allah za­lım­ları ta­nı­yır.

48- ﴿لَقَدِ ابْتَغَوُا الْفِتْنَةَ مِنْ قَبْلُ وَقَلَّبُوا لَكَ الْأُمُورَ حَتَّىٰ جَاءَ الْحَقُّ وَظَهَرَ أَمْرُ اللَّهِ وَهُمْ كَارِهُونَ﴾


48. Onlar əvvəllər də fitnə­kar­lıq et­məyə çalışmış və sə­nin əley­hi­nə hiylələr qur­muş­dular. Axır ki, haqq öz yerini tap­dı və onlar istə­mədikləri hal­da Alla­hın hökmü qələbə çal­dı.

49- ﴿وَمِنْهُمْ مَنْ يَقُولُ ائْذَنْ لِي وَلَا تَفْتِنِّي ۚ أَلَا فِي الْفِتْنَةِ سَقَطُوا ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ﴾


49. Onlardan eləsi də var ki: “Mənə izin ver döyüşə getmə­yim, mə­ni günaha batırma!”– deyir. Doğrusu, onlar ar­tıq günaha bat­mış­lar. Şübhəsiz ki, Cə­hən­nəm kafirləri çulğaya­caqdır.

50- ﴿إِنْ تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۖ وَإِنْ تُصِبْكَ مُصِيبَةٌ يَقُولُوا قَدْ أَخَذْنَا أَمْرَنَا مِنْ قَبْلُ وَيَتَوَلَّوْا وَهُمْ فَرِحُونَ﴾


50. Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir mü­sibət üz versə: “Biz eh­ti­yat təd­birimizi əvvəl­cədən gör­mü­şük!”– deyər və sevinə-se­vinə çıxıb ge­dərlər.

51- ﴿قُلْ لَنْ يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَانَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ﴾


51. De: “Allahın bizim üçün yaz­dı­ğın­dan başqa bizim başı­mı­za heç nə gəl­məz. O bizim Hima­yədarımızdır. Qoy mö­min­lər yalnız Allaha təvəkkül etsin­lər!”

52- ﴿قُلْ هَلْ تَرَبَّصُونَ بِنَا إِلَّا إِحْدَى الْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَنْ يُصِيبَكُمُ اللَّهُ بِعَذَابٍ مِنْ عِنْدِهِ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوا إِنَّا مَعَكُمْ مُتَرَبِّصُونَ﴾


52. De: “Doğrudanmı siz biz­­lərə iki uğurdan – qələbədən və ya şə­hidlikdən birinin yetiş­mə­si­ni gözləyirsiniz? Biz isə ya Alla­hın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar et­mə­sini gözləyi­rik. Siz gözləyin; şüb­hə­siz ki, biz də sizinlə birlikdə gözlə­yirik”.

53- ﴿قُلْ أَنْفِقُوا طَوْعًا أَوْ كَرْهًا لَنْ يُتَقَبَّلَ مِنْكُمْ ۖ إِنَّكُمْ كُنْتُمْ قَوْمًا فَاسِقِينَ﴾


53. De: “İstər könüllü, istər­sə­niz də könülsüz xərcləyin, on­suz da sizdən qə­bul olun­ma­­ya­caq. Çünki siz fasiq bir qövm oldu­nuz!”

54- ﴿وَمَا مَنَعَهُمْ أَنْ تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلَّا أَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَبِرَسُولِهِ وَلَا يَأْتُونَ الصَّلَاةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنْفِقُونَ إِلَّا وَهُمْ كَارِهُونَ﴾


54. Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o ma­ne olur ki, onlar Allaha və Onun Elçi­sinə küfr edir, na­maza tən­bəl­lik­lə qalxır və mallarını kö­nülsüz xərc­ləyirlər.

55- ﴿فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُعَذِّبَهُمْ بِهَا فِي الْحَيَاةِ الدُّنْيَا وَتَزْهَقَ أَنْفُسُهُمْ وَهُمْ كَافِرُونَ﴾


55. Onların nə malları, nə də övlad­ları səni heyrətləndir­mə­sin. Allah bun­larla dünya həya­tında onlara əzab ver­mək və onların kafir olaraq canlarının çıxmasını istəyir.

56- ﴿وَيَحْلِفُونَ بِاللَّهِ إِنَّهُمْ لَمِنْكُمْ وَمَا هُمْ مِنْكُمْ وَلَٰكِنَّهُمْ قَوْمٌ يَفْرَقُونَ﴾


56. Onlar sizinlə həmrəy ol­duq­larına and içirlər. Halbuki onlar sizdən de­yil­lər. Əs­lin­də, onlar qorxaq adam­lar­dır.

57- ﴿لَوْ يَجِدُونَ مَلْجَأً أَوْ مَغَارَاتٍ أَوْ مُدَّخَلًا لَوَلَّوْا إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ﴾


57. Əgər onlar bir sığınacaq və ya dal­dalanmaq üçün mağa­ralar ya­xud giz­lənməyə bir oyuq tap­saydılar, ləngi­mə­dən ora yönələr­di­lər.

58- ﴿وَمِنْهُمْ مَنْ يَلْمِزُكَ فِي الصَّدَقَاتِ فَإِنْ أُعْطُوا مِنْهَا رَضُوا وَإِنْ لَمْ يُعْطَوْا مِنْهَا إِذَا هُمْ يَسْخَطُونَ﴾


58. Onlardan elələri də var ki, sədə­qələrlə bağlı sənə nöq­san tu­tur­lar. Bun­dan onlara bir şey çatsa, razı qalar, bir şey çat­masa, dər­hal qəzəblənərlər.

59- ﴿وَلَوْ أَنَّهُمْ رَضُوا مَا آتَاهُمُ اللَّهُ وَرَسُولُهُ وَقَالُوا حَسْبُنَا اللَّهُ سَيُؤْتِينَا اللَّهُ مِنْ فَضْلِهِ وَرَسُولُهُ إِنَّا إِلَى اللَّهِ رَاغِبُونَ﴾


59. Kaş ki, onlar Allahın və Onun El­çisinin onlara verdi­yi­nə ra­zı qalıb: “Allah bizə ye­tər. Allah da bizə Öz lütfün­dən ve­rəcək, Onun Elçisi də. Hə­qi­qə­tən də, biz Allaha rəğ­bət bəs­lə­yi­rik”– de­yəy­dilər.

60- ﴿۞ إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَابْنِ السَّبِيلِ ۖ فَرِيضَةً مِنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾


60. Zəkatlar Allah tərəfin­dən bir fərz olaraq yalnız yox­sul­lara, ka­sıblara, onu yığıb pay­layanlara, qəlbləri İslam di­ninə isinişdirilə­cək kimsələrə, kölə­lərin azad olun­masına, borclu­lara, Allah yo­lun­da cihad edən­lərə və müsafirlərə məx­­sus­dur. Allah hər şeyi biləndir, hikmət sahibidir.

61- ﴿وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ ۚ قُلْ أُذُنُ خَيْرٍ لَكُمْ يُؤْمِنُ بِاللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِلَّذِينَ آمَنُوا مِنْكُمْ ۚ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ﴾


61. Onlardan elələri də var ki, Pey­ğəm­bərə əziyyət verib: “O hər sözü eşidən bir qulaq­dır!”- deyir­lər. De: “O, sizin üçün ancaq xe­yirli sözlər eşi­dir. O, Alla­ha iman gətirir, mö­min­lərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəh­mət­dir”. Allahın Elçisinə əziy­yət ve­rən­lər üçün isə ağrılı-acılı bir əzab var­dır.

62- ﴿يَحْلِفُونَ بِاللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَاللَّهُ وَرَسُولُهُ أَحَقُّ أَنْ يُرْضُوهُ إِنْ كَانُوا مُؤْمِنِينَ﴾


62. Sizi razı salmaq üçün yanı­nızda Allaha and içirlər. Əgər mö­mindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları da­ha yaxşıdır.

63- ﴿أَلَمْ يَعْلَمُوا أَنَّهُ مَنْ يُحَادِدِ اللَّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ۚ ذَٰلِكَ الْخِزْيُ الْعَظِيمُ﴾


63. Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çı­xan­lar üçün içində əbədi qa­la­caq­ları Cəhənnəm odu var­dır? Bu isə böyük rüsvayçı­lıq­dır.

64- ﴿يَحْذَرُ الْمُنَافِقُونَ أَنْ تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُمْ بِمَا فِي قُلُوبِهِمْ ۚ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَا تَحْذَرُونَ﴾


64. Münafiqlər, özlərinin qəl­bində ola­nı xəbər verən bir su­rə­nin möminlərə na­zil olmasın­dan çəkinirlər. De: “Siz is­teh­za edin! Şüb­həsiz ki, Allah çəkin­diyiniz şeyi üzə çıxaracaqdır”.

65- ﴿وَلَئِنْ سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِاللَّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنْتُمْ تَسْتَهْزِئُونَ﴾


65. Onlardan nə üçün is­tehza etdiklərini soruşsan, deyərlər: “Biz sa­dəcə boş-boş danışıb za­rafatla­şırdıq!” De: “Allaha, Onun ayələ­ri­nə və Onun Elçi­sinə is­teh­zamı edirsiniz?

66- ﴿لَا تَعْتَذِرُوا قَدْ كَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ ۚ إِنْ نَعْفُ عَنْ طَائِفَةٍ مِنْكُمْ نُعَذِّبْ طَائِفَةً بِأَنَّهُمْ كَانُوا مُجْرِمِينَ﴾


66. Üzrxahlıq etməyin! İman gə­tir­dik­dən sonra artıq kafir ol­du­nuz”. Siz­lər­dən bir qismini ba­ğışlasaq da, digər­lə­ri­nə gü­nah­kar ol­duqlarına görə əzab ve­rərik.

67- ﴿الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ بَعْضُهُمْ مِنْ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمُنْكَرِ وَيَنْهَوْنَ عَنِ الْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ ۚ نَسُوا اللَّهَ فَنَسِيَهُمْ ۗ إِنَّ الْمُنَافِقِينَ هُمُ الْفَاسِقُونَ﴾


67. Münafiq kişilər və mü­na­fiq qa­dınlar bir-birinin tayı­dır­lar. On­lar in­sanları pis işlər görməyə vadar edir, yaxşı əməl­lərə qa­da­ğa qoyur və xə­sis­lik göstərirlər. On­lar Allahı unut­dular. Allah da on­ları unutdu. Həqiqətən, mü­nafiq­lər günah­kardırlar.

68- ﴿وَعَدَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ هِيَ حَسْبُهُمْ ۚ وَلَعَنَهُمُ اللَّهُ ۖ وَلَهُمْ عَذَابٌ مُقِيمٌ﴾


68. Allah münafiq kişilərə, mü­nafiq qadınlara və kafirlərə içəri­sində əbədi qalacaqları Cə­hən­nəm odu vəd etmiş­dir. Bu onlara ki­fa­yət edər! Allah on­lara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.

69- ﴿كَالَّذِينَ مِنْ قَبْلِكُمْ كَانُوا أَشَدَّ مِنْكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَالًا وَأَوْلَادًا فَاسْتَمْتَعُوا بِخَلَاقِهِمْ فَاسْتَمْتَعْتُمْ بِخَلَاقِكُمْ كَمَا اسْتَمْتَعَ الَّذِينَ مِنْ قَبْلِكُمْ بِخَلَاقِهِمْ وَخُضْتُمْ كَالَّذِي خَاضُوا ۚ أُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ﴾


69. Onlar da sizdən əvvəl ya­şamış münafiqlər kimidirlər. On­lar sizdən qüv­vədə daha üs­tün, mal-dövlət və övlad baxı­mından da­ha çox idilər. Onlar öz payla­rından zövq aldılar. Sizdən əvvəl­kilər öz payların­dan zövq aldıq­ları ki­mi, siz də öz payınızdan zövq al­dı­nız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axi­rətdə də heçə getmişdir. Məhz onlar zi­ya­na uğrayanlardır.

70- ﴿أَلَمْ يَأْتِهِمْ نَبَأُ الَّذِينَ مِنْ قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَاهِيمَ وَأَصْحَابِ مَدْيَنَ وَالْمُؤْتَفِكَاتِ ۚ أَتَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ﴾


70. Məgər onlara özlə­rin­dən əvvəl­ki­lərin – Nuh qövmü­nün, Ad və Sə­mud tayfaları­nın, İb­rahim qöv­münün, Məd­yən əha­lisinin və alt-üst edil­miş kən­din – Lut tay­fa­sı­nın xəbər­ləri gəlib çatma­yıb­? El­çiləri onlara açıq-aydın də­lillər gə­tir­mişdilər. Allah onlara zülm et­mə­di, la­kin onlar özləri öz­lə­rinə zülm edir­dilər.

71- ﴿وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَٰئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ﴾


71. Mömin kişilərlə mömin qa­dınlar bir-birinin dost­ları­dır. On­lar insanlara yaxşı işlər gör­məyi buyurur, pis əməl­lə­rə qa­dağa qo­yur, namaz qılır, zəkat ve­rir, Alla­ha və Onun Elçisinə itaət edir­lər. Allah onlara rəhm edəcəkdir. Hə­qiqətən, Allah Qüdrətlidir, Hik­mət sahibidir.

72- ﴿وَعَدَ اللَّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ۚ وَرِضْوَانٌ مِنَ اللَّهِ أَكْبَرُ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ﴾


72. Allah mömin kişilərə və mömin qa­dınlara ağacları al­tın­dan çaylar axan, için­də əbədi qa­lacaqları cən­nətlər və Ədn cənnətlə­rində gözəl məskən­lər vəd etmişdir. Allahın razı­lığı isə daha bö­yük­dür. Bu, böyük uğurdur.

73- ﴿يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ﴾


73. Ey Peyğəmbər! Kafir­lər­lə və mü­nafiqlərlə vuruş. On­larla sərt davran. Onların gedəcəkləri yer Cəhənnəm­dir. Ora nə pis dö­nüş yeridir!

74- ﴿يَحْلِفُونَ بِاللَّهِ مَا قَالُوا وَلَقَدْ قَالُوا كَلِمَةَ الْكُفْرِ وَكَفَرُوا بَعْدَ إِسْلَامِهِمْ وَهَمُّوا بِمَا لَمْ يَنَالُوا ۚ وَمَا نَقَمُوا إِلَّا أَنْ أَغْنَاهُمُ اللَّهُ وَرَسُولُهُ مِنْ فَضْلِهِ ۚ فَإِنْ يَتُوبُوا يَكُ خَيْرًا لَهُمْ ۖ وَإِنْ يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللَّهُ عَذَابًا أَلِيمًا فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَمَا لَهُمْ فِي الْأَرْضِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ﴾


74. Allaha and içirlər ki, na­la­­yiq söz­lər deməyiblər. Onlar küfr danışmış, İslamı qə­bul etdik­dən sonra kafir olmuş və bacara bil­mədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Alla­hın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına gö­­rədir. Əgər tövbə etsələr, onlar üçün xe­yir­li olar. Əgər üz dön­dər­sələr, Allah on­ları dünyada da, axi­rətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə on­la­rın nə bir dos­tu, nə də bir kömək­çisi var­dır.

75- ﴿۞ وَمِنْهُمْ مَنْ عَاهَدَ اللَّهَ لَئِنْ آتَانَا مِنْ فَضْلِهِ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَ﴾


75. Onlardan: “Əgər Allah Öz lüt­fündən bizə bəxş etsə, əl­bəttə, biz sə­də­qə verər və əmə­lisaleh­lərdən ola­rıq!”– deyə Alla­ha əhd edənləri də var­dır.

76- ﴿فَلَمَّا آتَاهُمْ مِنْ فَضْلِهِ بَخِلُوا بِهِ وَتَوَلَّوْا وَهُمْ مُعْرِضُونَ﴾


76. Allah Öz lütfündən on­lara ver­dik­də isə xəsislik edə­rək üz çe­virib getdi­lər.

77- ﴿فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَىٰ يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُوا اللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُوا يَكْذِبُونَ﴾


77. Allaha verdikləri vədə xi­laf çıx­dıq­larına və yalan söy­lə­dik­lə­­rinə görə Allah da on­ların qəlb­lərinə Onunla qar­şı­la­şa­caq­ları gü­nədək nifaq saldı.

78- ﴿أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَاهُمْ وَأَنَّ اللَّهَ عَلَّامُ الْغُيُوبِ﴾


78. Məgər anlamırdılar ki, Allah on­ların sirlərindən də, xəl­vəti danı­şıq­la­rın­dan da agah­dır və Allah qeybləri bi­lən­dir?

79- ﴿الَّذِينَ يَلْمِزُونَ الْمُطَّوِّعِينَ مِنَ الْمُؤْمِنِينَ فِي الصَّدَقَاتِ وَالَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ ۙ سَخِرَ اللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ﴾


79. Möminlərdən könüllü su­­rətdə sə­dəqə verənlərə və çə­tin­­lik­lə tapdıqlarını verənlərə eyib tutanları, onları məs­xə­rə­yə qo­yan­la­rı, Allah məsxərəyə qoya­caq­dır. Onları ağrılı-acılı bir əzab gözlə­yir.

80- ﴿اسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِنْ تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ﴾


80. Onların bağışlanması üçün dua et­sən də, etməsən də, hətta on­lar üçün yet­miş dəfə bağış­lan­ma diləsən belə, Allah on­la­rı əsla bağışlamayacaqdır. Çün­ki on­lar Allahı və Onun Elçisini inkar et­di­lər. Allah günahkar insanları doğru yo­la yö­nəlt­məz.

81- ﴿فَرِحَ الْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلَافَ رَسُولِ اللَّهِ وَكَرِهُوا أَنْ يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَقَالُوا لَا تَنْفِرُوا فِي الْحَرِّ ۗ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّا ۚ لَوْ كَانُوا يَفْقَهُونَ﴾


81. Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əley­hinə çı­xaraq evdə qalmalarına se­vindilər. Onlar Allah yo­lun­da öz mal­la­rı və canları ilə ci­had et­mək istəmədilər və: “Bu istidə döyüşə çıx­mayın!”– de­dilər. De: “Cəhən­nəm odu bun­dan da hərarət­li­dir!” Kaş an­la­yaydılar.

82- ﴿فَلْيَضْحَكُوا قَلِيلًا وَلْيَبْكُوا كَثِيرًا جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ﴾


82. Qoy onlar etdikləri gü­nah­ların cə­zası olaraq az gü­lüb çox ağ­lasınlar.

83- ﴿فَإِنْ رَجَعَكَ اللَّهُ إِلَىٰ طَائِفَةٍ مِنْهُمْ فَاسْتَأْذَنُوكَ لِلْخُرُوجِ فَقُلْ لَنْ تَخْرُجُوا مَعِيَ أَبَدًا وَلَنْ تُقَاتِلُوا مَعِيَ عَدُوًّا ۖ إِنَّكُمْ رَضِيتُمْ بِالْقُعُودِ أَوَّلَ مَرَّةٍ فَاقْعُدُوا مَعَ الْخَالِفِينَ﴾


83. Əgər Allah səni onlar­dan bir züm­rənin yanına gön­dərsə və on­lar dö­yüşə çıxmaq üçün səndən izin istəsələr, de: “Siz bir daha mə­nimlə döyüşə çıx­maya­caq və mənimlə birlik­də heç bir düş­­mən­lə vuruşma­ya­caqsınız. Çünki siz birinci dəfə evdə oturmağa razı ol­du­­nuz. Elə isə arxada qalanlarla bə­ra­bər, siz də ev­də oturun!”

84- ﴿وَلَا تُصَلِّ عَلَىٰ أَحَدٍ مِنْهُمْ مَاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِ ۖ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَمَاتُوا وَهُمْ فَاسِقُونَ﴾


84. Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qıl­ma, qəbrinin başında da dur­ma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günah­kar ola­raq öldülər.

85- ﴿وَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَأَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ أَنْ يُعَذِّبَهُمْ بِهَا فِي الدُّنْيَا وَتَزْهَقَ أَنْفُسُهُمْ وَهُمْ كَافِرُونَ﴾


85. Onların nə malları, nə də övladları səni təəccüblən­dir­mə­sin. Allah bunlarla, bu dün­ya­da onlara əzab vermək və on­la­rın kafir ola­raq canlarının çıx­ma­sını istəyir.

86- ﴿وَإِذَا أُنْزِلَتْ سُورَةٌ أَنْ آمِنُوا بِاللَّهِ وَجَاهِدُوا مَعَ رَسُولِهِ اسْتَأْذَنَكَ أُولُو الطَّوْلِ مِنْهُمْ وَقَالُوا ذَرْنَا نَكُنْ مَعَ الْقَاعِدِينَ﴾


86. “Allaha iman gətirin və Onun El­çisi ilə birlikdə cihad edin!”– deyə bir su­rə nazil edil­dikdə onların var-dövlətə ma­lik olanları sən­dən icazə istə­yib de­dilər: “Bizi burax evdə otu­ranlarla bir­likdə qa­laq!”

87- ﴿رَضُوا بِأَنْ يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ﴾


87. Onlar arxada qalanlarla birgə ol­ma­ğa razılaşdılar. On­la­rın qəl­blərinə mö­hür vu­rul­du. Buna görə də onlar haq­qı anla­maya­caq­lar.

88- ﴿لَٰكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ جَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۚ وَأُولَٰئِكَ لَهُمُ الْخَيْرَاتُ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ﴾


88. Lakin Allahın Elçisi və onunla birgə iman gətirənlər mal­ları və canları ilə cihad et­dilər. Onlar üçün nemətlər ha­zırlanmış­dır. Məhz onlar uğur qaza­nan­lardır.

89- ﴿أَعَدَّ اللَّهُ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ﴾


89. Allah onlar üçün ağac­la­rı altından çaylar axan, için­də əbədi qalacaqları cən­nətlər hazır­lamışdır. Bu, bö­yük uğurdur.

90- ﴿وَجَاءَ الْمُعَذِّرُونَ مِنَ الْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِينَ كَذَبُوا اللَّهَ وَرَسُولَهُ ۚ سَيُصِيبُ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ﴾


90. Bədəvilərdən üzrlü ol­duq­larını id­dia edənlər evdə qal­maq üçün onlara ica­zə verilsin deyə gəldilər. Allaha və Onun Elçi­sinə ya­lan danışanlar isə evdə oturdu­lar. Onlardan kafir olan­lara ağ­rılı-acılı bir əzab üz ve­rəcəkdir.

91- ﴿لَيْسَ عَلَى الضُّعَفَاءِ وَلَا عَلَى الْمَرْضَىٰ وَلَا عَلَى الَّذِينَ لَا يَجِدُونَ مَا يُنْفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا لِلَّهِ وَرَسُولِهِ ۚ مَا عَلَى الْمُحْسِنِينَ مِنْ سَبِيلٍ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ﴾


91. Allaha və Onun Elçisinə sadiq qalacaqları təqdirdə aciz­lərə, xəstələrə və döyüşdə vu­ruş­mağa vəsait tapa bil­məyən­lərə evdə qal­maq­da heç bir gü­nah yoxdur. Yaxşı işlər gö­rən­ləri dan­la­mağa əsas da yox­dur. Allah Ba­ğış­la­yandır, Rəhm­li­dir.

92- ﴿وَلَا عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَا أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوْا وَأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا مَا يُنْفِقُونَ﴾


92. Miniklə təmin edəsən de­yə sənin yanına gəldikdə: “Si­zin üçün minik ta­pa bilmi­rəm”– de­diyin zaman cihad üçün xərc­lə­mə­yə bir şey tapa bil­mə­dik­lə­rindən ötrü kədərlə­nib göz­ləri dol­muş hal­da geri dö­nən­lərin də heç bir günahı yoxdur.

93- ﴿۞ إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَسْتَأْذِنُونَكَ وَهُمْ أَغْنِيَاءُ ۚ رَضُوا بِأَنْ يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَ﴾


93. Yalnız varlı olduqları halda evdə qal­maq üçün sən­dən icazə al­mağa gə­lən­lər dan­lan­malıdır­lar. Onlar arxada qa­lan­lar­la birgə dal­dalanmağa ra­zı­laş­dılar. Allah on­ların qəlbini möhürlə­mişdir. Məhz bu sə­bəb­dən onlar özləri­nin aqi­bətini bil­məz­lər.

94- ﴿يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ ۚ قُلْ لَا تَعْتَذِرُوا لَنْ نُؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا اللَّهُ مِنْ أَخْبَارِكُمْ ۚ وَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ﴾


94. Döyüşdən qayıtdığınız za­man siz­dən üzr diləyəcəklər. De: “Üzr dilə­mə­yin. Sizə əsla inanma­yacağıq. Allah si­zin iş­lərinizdən bi­zi agah etmişdir. Son­rakı əməl­lərinizi Allah da görəcək, Onun El­çi­si də”. Son­ra isə qeybi və aş­karı Bi­lənin hüzuruna qaytarıla­caq­sı­nız, O da sizə nə etdikləri­nizi xəbər verə­cəkdir.

95- ﴿سَيَحْلِفُونَ بِاللَّهِ لَكُمْ إِذَا انْقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا عَنْهُمْ ۖ فَأَعْرِضُوا عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌ ۖ وَمَأْوَاهُمْ جَهَنَّمُ جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ﴾


95. Yanlarına qayıtdığınız za­man on­lardan əl çəkəsiniz de­yə qar­şınızda Alla­ha and içə­cəklər. Siz onlardan üz dön­də­rin. Çünki on­lar murdardırlar. Qa­zandıqları günahların cəzası olaraq gedəcəkləri yer Cəhən­nəm olacaqdır.

96- ﴿يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْا عَنْهُمْ ۖ فَإِنْ تَرْضَوْا عَنْهُمْ فَإِنَّ اللَّهَ لَا يَرْضَىٰ عَنِ الْقَوْمِ الْفَاسِقِينَ﴾


96. Qarşınızda and içəcək­lər ki, onlar­dan razı qalasınız. Siz on­lar­dan razı ol­sa­nız da, Allah fasiq qövmdən razı qal­maz.

97- ﴿الْأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا حُدُودَ مَا أَنْزَلَ اللَّهُ عَلَىٰ رَسُولِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾


97. Bədəvilər kafirlik və mü­nafiqlik ba­xımından daha be­tər, Alla­hın Öz El­çi­sinə nazil et­diyi qanunları bilməməyə da­ha meyl­li­dir­lər. Allah hər şeyi biləndir, hikmət sahibidir.

98- ﴿وَمِنَ الْأَعْرَابِ مَنْ يَتَّخِذُ مَا يُنْفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ ۚ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ﴾


98. Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədi­yini itki sa­yır və sizə bir bəd­bəxtlik üz verməsini gözləyir. Bəd­bəxt­lik on­la­rın öz başlarına gələ­cək. Allah hər şeyi eşidəndir, bi­ləndir.

99- ﴿وَمِنَ الْأَعْرَابِ مَنْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَتَّخِذُ مَا يُنْفِقُ قُرُبَاتٍ عِنْدَ اللَّهِ وَصَلَوَاتِ الرَّسُولِ ۚ أَلَا إِنَّهَا قُرْبَةٌ لَهُمْ ۚ سَيُدْخِلُهُمُ اللَّهُ فِي رَحْمَتِهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ﴾


99. Bədəvilərdən eləsi də var­dır ki, Alla­ha və Axirət gü­nü­nə ina­nır, xərc­lə­diyini Allah ya­nında yaxınlıq və Pey­ğəm­bə­rin du­ala­rı­na nail olmaq üçün va­sitə sayır. Həqiqətən də, bu, on­lar üçün ya­xınlaşmağa bir vasi­tədir. Allah onları Öz mər­hə­mətinə qo­vuş­du­­ra­caq­dır. Hə­qi­qətən, Allah Bağış­layan­dır, Rəhm­lidir.

100- ﴿وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ﴾


100. Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsar­a, həm­çinin yax­şı işlər gör­mək­də onların ardınca ge­dən­lərə gəlincə, Allah onlardan ra­zı­dır, onlar da Ondan razıdır­lar. Allah on­lar üçün ağac­ları altından çay­lar axan, içində əbədi qala­caq­ları cən­nətlər hazır­lamış­dır. Bu, böyük uğur­dur.

101- ﴿وَمِمَّنْ حَوْلَكُمْ مِنَ الْأَعْرَابِ مُنَافِقُونَ ۖ وَمِنْ أَهْلِ الْمَدِينَةِ ۖ مَرَدُوا عَلَى النِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍ﴾


101. Çevrənizdəki bədəvi­lər­dən və Mə­dinə əhalisi ara­sın­da mü­nafiqlər var. Onlar münafiqlikdə inadkarlıq edir, sən isə on­la­rı tanımırsan. Biz ki on­ları tanı­yırıq. Biz on­lara iki dəfə əzab ve­rəcəyik. Sonra isə böyük bir əzaba qay­tarı­la­caqlar.

102- ﴿وَآخَرُونَ اعْتَرَفُوا بِذُنُوبِهِمْ خَلَطُوا عَمَلًا صَالِحًا وَآخَرَ سَيِّئًا عَسَى اللَّهُ أَنْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ﴾


102. Digərləri isə günahla­rı­nı etiraf et­dilər. Onlar yaxşı bir əməl­lə başqa bir pis əməli qa­rışdırdılar. Ola bilsin ki, Allah on­la­rın töv­bələrini qəbul etsin. Hə­qiqətən, Allah Bağış­layan­dır, Rəhm­li­­dir.

103- ﴿خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ﴾


103. Onların mallarından sə­də­qə götür ki, bununla onları pak edib tə­mi­zə çıxarasan. On­lar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlik­dir. Allah hər şeyi eşidən­dir, hər şeyi biləndir.

104- ﴿أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَأْخُذُ الصَّدَقَاتِ وَأَنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ﴾


104. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədə­qə­ləri götürür və Allah tövbələri qəbul Edən­dir, Rəhm­li­dir?

105- ﴿وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ﴾


105. De: “İşinizdə olun! Allah, Onun El­çisi və möminlər əməl­lə­­rinizi görə­cək­lər. Sonra qey­bi və aşkarı Bilənin ya­nı­na qay­tarıla­caq­sınız, O da sizə nə et­dikləri­nizi xəbər verəcəkdir”.

106- ﴿وَآخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ اللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾


106. Döyüşə getməyənlər­dən baş­qaları da var ki, onlar Alla­hın ix­tiyarına bu­ra­xılmış­lar. O, ya onlara əzab verəcək, ya da tövbə­lə­ri­ni qəbul edəcək. Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

107- ﴿وَالَّذِينَ اتَّخَذُوا مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِمَنْ حَارَبَ اللَّهَ وَرَسُولَهُ مِنْ قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَا إِلَّا الْحُسْنَىٰ ۖ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ﴾


107. Müsəlmanlara zərər vur­maq, küfr etmək, möminlərin ara­sı­na təfriqə sal­maq məqsə­di­lə, əv­vəlcədən Allaha və Onun Elçisinə qar­şı müharibə edən kim­səni göz­ləmək üçün məs­cid tikənlər, əl­bət­tə: “Biz yax­şı­lıq­dan başqa bir şey is­tə­mə­dik”– deyə and içə­cək­lər. Allah şa­hid­dir ki, onlar yalan­çıdırlar.

108- ﴿لَا تَقُمْ فِيهِ أَبَدًا ۚ لَمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَنْ تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَنْ يَتَطَهَّرُوا ۚ وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ﴾


108. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzə­rində qu­rulmuş məscid, əl­bət­tə, içində namaz qılmağın üçün daha la­yiq­dir. Orada təmiz­lən­mə­yi sevən kişi­lər vardır. Allah da təmiz­lə­nən­ləri sevir.

109- ﴿أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ تَقْوَىٰ مِنَ اللَّهِ وَرِضْوَانٍ خَيْرٌ أَمْ مَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ﴾


109. Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs da­ha yax­şı­dır, yoxsa bina­sını da­ğılmaqda olan uçu­ru­mun lap kə­na­rında quran və onun­la birlikdə Cəhənnəm oduna yu­var­lanan kəs? Allah zalım qövmü doğru yola yö­nəlt­məz.

110- ﴿لَا يَزَالُ بُنْيَانُهُمُ الَّذِي بَنَوْا رِيبَةً فِي قُلُوبِهِمْ إِلَّا أَنْ تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾


110. Onların ürəkləri parça-parça ola­na qədər tikdiyi bina qəlb­lə­rində bir şübhə olaraq qa­la­caq­dır. Allah hər şeyi biləndir, hikmət sahibidir.

111- ﴿۞ إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ ۚ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ وَالْقُرْآنِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِ مِنَ اللَّهِ ۚ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُمْ بِهِ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ﴾


111. Doğrudan da, Allah mö­minlər­dən, Cənnət müqa­bilin­də, on­ların can­la­rını və malla­rı­nı sa­tın almışdır. Çünki on­lar Allah yo­lunda vuruşub öldü­rür və öldü­rülürlər. Bu, Allahın Töv­ratda, İn­cil­də və Quranda Öz öhdəsinə gö­tür­düyü bir vəd­dir. Allahdan da­ha yaxşı əh­di­ni ye­rinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə gö­rə sevinin. Məhz bu, böyük uğurdur.

112- ﴿التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدُونَ الْآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنْكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللَّهِ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ﴾


112. Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görmə­yi buyu­rub pis əməl­ləri qada­ğan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o mö­min­ləri müj­də­lə.

113- ﴿مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قُرْبَىٰ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ﴾


113. Müşriklərin Cəhənnəm sa­kin­lə­ri olduqları müsəlmanlara bəlli ol­duq­dan son­ra, onlarla qohum olsa­lar belə, Peyğəmbərə və mö­min­lərə on­lar üçün bağışlan­ma di­lə­mək yaraşmaz.

114- ﴿وَمَا كَانَ اسْتِغْفَارُ إِبْرَاهِيمَ لِأَبِيهِ إِلَّا عَنْ مَوْعِدَةٍ وَعَدَهَا إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُ أَنَّهُ عَدُوٌّ لِلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَاهِيمَ لَأَوَّاهٌ حَلِيمٌ﴾


114. İbrahimin öz atası üçün bağış­lan­ma diləməsi isə sa­dəcə ona verdiyi vədə görə idi. Ata­sı­nın Allaha düş­mən olduğu ona bəl­li olduqdan sonra isə on­dan uzaqlaşdı. Həqiqətən, İb­ra­him Alla­ha çox yalvaran hə­lim bir kim­sə idi.

115- ﴿وَمَا كَانَ اللَّهُ لِيُضِلَّ قَوْمًا بَعْدَ إِذْ هَدَاهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُمْ مَا يَتَّقُونَ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾


115. Allah bir qövmü doğru yola yö­nəltdikdən sonra haram olan şeylər­dən on­ları xəbərdar etmə­yincə on­la­rı hə­min yoldan az­dırmaz. Həqiqə­tən, Allah hər şe­yi bilir.

116- ﴿إِنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۚ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ﴾


116. Həqiqətən, göylərin və yerin mül­kü Allaha məxsus­dur. O həm di­ril­dir, həm də öl­dürür. Si­zin Allahdan baş­qa nə bir hima­yə­da­rınız, nə də bir kö­məkçiniz var.

117- ﴿لَقَدْ تَابَ اللَّهُ عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالْأَنْصَارِ الَّذِينَ اتَّبَعُوهُ فِي سَاعَةِ الْعُسْرَةِ مِنْ بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍ مِنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُ بِهِمْ رَءُوفٌ رَحِيمٌ﴾


117. Allah, müsəlmanlar­dan bəzi­ləri­nin qəlbi cihaddan ya­yın­maq üzrə olduqdan sonra, Pey­ğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacir­lə­rin və ən­­sarın da əvvəlcə töv­bəsini qə­bul et­di, son­ra da on­ları ba­ğışladı. Çünki Allah on­lara qar­şı çox şəf­qət­li­dir, rəhm­lidir.

118- ﴿وَعَلَى الثَّلَاثَةِ الَّذِينَ خُلِّفُوا حَتَّىٰ إِذَا ضَاقَتْ عَلَيْهِمُ الْأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنْفُسُهُمْ وَظَنُّوا أَنْ لَا مَلْجَأَ مِنَ اللَّهِ إِلَّا إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوا ۚ إِنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ﴾


118. Geri qalmış üç nəfəri də bağışla­dı. Hətta yer üzü öz geniş­li­yi­nə baxma­yaraq onlara dar gəl­miş, ürəkləri kədər­dən sı­xılmış və yə­qin bilmişdilər ki, Allah­ın əzabın­dan, ancaq Onun Özünə sı­ğın­maq­dan başqa ça­rə­ləri yox­dur. Sonra Allah peş­man olsunlar de­yə on­ların töv­bəsini qəbul etdi. Həqi­qətən, Allah töv­bə­ləri qəbul Edəndir, Rəhm­lidir.

119- ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَ﴾


119. Ey iman gətirənlər! Allah­dan qorxun və düz danı­şan­lar­la bir­likdə olun.

120- ﴿مَا كَانَ لِأَهْلِ الْمَدِينَةِ وَمَنْ حَوْلَهُمْ مِنَ الْأَعْرَابِ أَنْ يَتَخَلَّفُوا عَنْ رَسُولِ اللَّهِ وَلَا يَرْغَبُوا بِأَنْفُسِهِمْ عَنْ نَفْسِهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌ وَلَا نَصَبٌ وَلَا مَخْمَصَةٌ فِي سَبِيلِ اللَّهِ وَلَا يَطَئُونَ مَوْطِئًا يَغِيظُ الْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّ نَيْلًا إِلَّا كُتِبَ لَهُمْ بِهِ عَمَلٌ صَالِحٌ ۚ إِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ﴾


120. Mədinə əhalisinə və on­­la­rın ətra­fındakı bədəvilərə dö­yüşdə Allahın El­çi­sindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq ya­raşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuz­luq, yorğunluq və aclıq, ka­fir­ləri qəzəbləndirən elə bir atıl­mış ad­dım, düş­mən üzərində qa­zanılan elə bir uğur yox­dur ki, bunların müqa­bi­lin­də onla­ra yaxşı bir əməl yazılmasın. Hə­­qi­qə­tən, Allah yaxşı iş gö­rən­lərin mü­ka­­fa­tını puç etməz.

121- ﴿وَلَا يُنْفِقُونَ نَفَقَةً صَغِيرَةً وَلَا كَبِيرَةً وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا كَانُوا يَعْمَلُونَ﴾


121. Allah onları, etdikləri əməl­lərin ən gözəli ilə müka­fat­lan­dır­­sın deyə xərc­lədikləri elə bir kiçik və ya böyük məs­rəf, keç­dik­lə­ri elə bir vadi yox­dur ki, buna görə onlara savab yazılmasın.

122- ﴿۞ وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً ۚ فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ﴾


122. Möminlərin hamısı ey­ni vaxtda döyüşə çıxma­malı­dır. Hər qə­bilədən bir dəstə qalma­lıdır ki, dini dərindən öy­rən­sinlər və öz camaatı dö­yüş­dən ge­ri qayıtdıq­ları zaman onları xəbərdar et­sin­lər. Bəlkə, onlar pis işlərdən çəki­nə­lər.

123- ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قَاتِلُوا الَّذِينَ يَلُونَكُمْ مِنَ الْكُفَّارِ وَلْيَجِدُوا فِيكُمْ غِلْظَةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ﴾


123. Ey iman gətirənlər! Ya­­xınlı­ğı­nız­da­kı kafirlərlə vuru­şun. Qoy onlar siz­də sərtlik gör­sünlər. Bilin ki, Allah müt­­­təqilər­lədir.

124- ﴿وَإِذَا مَا أُنْزِلَتْ سُورَةٌ فَمِنْهُمْ مَنْ يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَٰذِهِ إِيمَانًا ۚ فَأَمَّا الَّذِينَ آمَنُوا فَزَادَتْهُمْ إِيمَانًا وَهُمْ يَسْتَبْشِرُونَ﴾


124. Bir surə nazil edildiyi za­man on­lardan istehza ilə: “Bu, han­sı­nızın ima­nı­nı artırdı?”– de­yənlər də var. İman gə­ti­rən­lərə gəl­dik­­də isə, o surə onla­rın ima­nını artırır və onlar bir-bir­lərini müj­də­­lə­yirlər.

125- ﴿وَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَتْهُمْ رِجْسًا إِلَىٰ رِجْسِهِمْ وَمَاتُوا وَهُمْ كَافِرُونَ﴾


125. Qəlbində xəstəlik olan­lara gə­lin­cə, o surə onların mur­dar­lı­ğı üstünə bir murdarlıq da artırır və onlar kafir o­la­raq ölürlər.

126- ﴿أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِي كُلِّ عَامٍ مَرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَ﴾


126. Onlar ildə bir və ya iki dəfə fə­la­kətə uğradıqlarını gör­mür­lərmi? Ye­nə də tövbə et­mir, ibrət almırlar.

127- ﴿وَإِذَا مَا أُنْزِلَتْ سُورَةٌ نَظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَاكُمْ مِنْ أَحَدٍ ثُمَّ انْصَرَفُوا ۚ صَرَفَ اللَّهُ قُلُوبَهُمْ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ﴾


127. Bir surə nazil edildiyi za­man on­­lar: “Sizi kimsə gö­rür­mü?”– deyə bir-bir­lərinə ba­xır, sonra da üz çevirib ge­dir­lər. An­la­mayan bir qövm ol­duq­larına görə Allah onların qəlbləri­ni iman­dan məh­­rum et­mişdir.

128- ﴿لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَحِيمٌ﴾


128. Sizə özünüzdən elə bir Elçi gəl­di ki, sizin əziyyətə düş­mə­yi­niz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəf­qətli, rəhm­lidir.

129- ﴿فَإِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِيَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ﴾


129. Əgər onlar üz döndər­sə­lər, de: “Mənə Allah yetər. Ondan başqa ibadə­tə layiq olan məbud yoxdur. Mən Ona tə­vək­kül etdim. O, bö­yük Ərşin Rəbbi­dir!”

الترجمات والتفاسير لهذه السورة: