الذاريات

تفسير سورة الذاريات

الترجمة الأذرية

Azərbaycanca / آذربايجان

الترجمة الأذرية

ترجمة معاني القرآن الكريم للغة الاذرية ترجمها علي خان موساييف، نشرها مجمع الملك فهد لطباعة المصحف الشريف. عام الطبعة 1433هـ. ملاحظة: ترجمات بعض الآيات (مشار إليها) تم تصويبها بمعرفة مركز رواد الترجمة، مع إتاحة الاطلاع على الترجمة الأصلية لغرض إبداء الرأي

﴿بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَالذَّارِيَاتِ ذَرْوًا﴾

1. And olsun toz-torpağı ət­ra­fa sə­pə­ləyənlərə!

﴿فَالْحَامِلَاتِ وِقْرًا﴾

2. And olsun yağmur yükü daşıyan­lara!

﴿فَالْجَارِيَاتِ يُسْرًا﴾

3. And olsun asanlıqla üzüb gedən­lərə!

﴿فَالْمُقَسِّمَاتِ أَمْرًا﴾

4. And olsun işləri paylaş­dı­ranlara!

﴿إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ﴾

5. Sizə vəd olunanlar həqi­qət­dir.

﴿وَإِنَّ الدِّينَ لَوَاقِعٌ﴾

6. Haqq-hesab da, mütləq çə­­ki­lə­cək­dir.

﴿وَالسَّمَاءِ ذَاتِ الْحُبُكِ﴾

7. And olsun gözəl gö­rü­nü­şü olan səmaya!

﴿إِنَّكُمْ لَفِي قَوْلٍ مُخْتَلِفٍ﴾

8. Sizin sözləriniz ziddiy­yət­li­dir.

﴿يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ﴾

9. Ondan (Qurandan və Pey­ğəm­bər­dən) dönən kimsə dön­də­ri­lər.

﴿قُتِلَ الْخَرَّاصُونَ﴾

10. Məhv olsun yalançılar!

﴿الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَ﴾

11. O kəslər ki, cəhalət için­də olan qafillərdir.

﴿يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِ﴾

12. Onlar Haqq-hesab günü­nün nə vaxt olacağını soru­şur­lar.

﴿يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ﴾

13. O gün onlara odda əzab veri­lə­cək.

﴿ذُوقُوا فِتْنَتَكُمْ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَسْتَعْجِلُونَ﴾

14. Onlara deyiləcək: “Da­dın əzabı­nı­zı! Sizin tez-tələsik gəl­mə­si­ni istə­diyi­niz şey bu­dur!”

﴿إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ﴾

15. Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və bulaqlar ba­şın­da olacaq­lar,

﴿آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ﴾

16. öz Rəbbinin onlara ver­di­yini ala­caqlar. Həqiqətən, on­lar bun­dan əvvəl yaxşı iş gö­rən adamlar olmuşdular.

﴿كَانُوا قَلِيلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ﴾

17. Onlar gecələr ibadət edib az ya­tır­dı­lar.

﴿وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ﴾

18. Sübh çağı isə bağış­lan­ma diləyir­dilər.

﴿وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ﴾

19. Onların mal-dövlətində di­lənçi­nin və yoxsulun payı var­.

﴿وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ﴾

20. Qəti inananlar üçün yer üzündə dəlillər var.

﴿وَفِي أَنْفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ﴾

21. Sizin özünüzdə də dəlil­lər var. Məgər görmür­sü­nüz?

﴿وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ﴾

22. Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.

﴿فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ﴾

23. Göyün və yerin Rəbbinə and ol­sun ki, bu vəd sizin da­nış­ma­ğa qüd­rə­ti­niz olduğu ki­mi hə­qiqətdir.

﴿هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ﴾

24. İbrahimin möhtərəm qo­naq­la­rı­nın əhvalatı sənə gəlib çatdı­mı?

﴿إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُنْكَرُونَ﴾

25. Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– de­di­lər. İb­rahim: “Sizə də salam ol­sun! Siz yad adamlara oxşa­yırsı­nız!”– de­di.

﴿فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ﴾

26. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qı­zar­dıb gətirdi.

﴿فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ﴾

27. Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– de­di.

﴿فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ﴾

28. O, qonaqların yemədik­lə­ri­ni görüb onlardan qorxuya düş­dü. On­lar: “Qorx­ma!”– de­dilər və ona elmli bir oğlan uşağı ilə müj­də ver­dilər.

﴿فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ﴾

29. Zövcəsi qışqırıb üz-gö­zü­nə vura-vura dedi: “Axı mən son­suz qoca qarı­yam!”

﴿قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ﴾

30. Onlar dedilər: “Sənin Rəb­bin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Bi­ləndir!”

﴿۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ﴾

31. İbrahim dedi: “Sizin vəzifə­niz nədir, ey elçilər?”

﴿قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ﴾

32. Onlar dedilər: “Biz gü­nah­kar bir qövmə göndəril­mişik ki,

﴿لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِنْ طِينٍ﴾

33. onların üstünə gildən daş­lar yağdıraq –

﴿مُسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِينَ﴾

34. həddi aşanlar üçün sə­nin Rəb­bi­nin yanında nişan qoyul­muş daşlar!”

﴿فَأَخْرَجْنَا مَنْ كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ﴾

35. Biz orada olan mömin­ləri o kənd­dən çıxartdıq.

﴿فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِنَ الْمُسْلِمِينَ﴾

36. Amma orada bir evdən başqa müsəlman tap­madıq.

﴿وَتَرَكْنَا فِيهَا آيَةً لِلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ﴾

37. Ağrılı-acılı əzabdan qor­xan­lar üçün orada bir əlamət qoy­duq.

﴿وَفِي مُوسَىٰ إِذْ أَرْسَلْنَاهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَانٍ مُبِينٍ﴾

38. Musanın əhvalatında da ibrət var­. O zaman Biz onu Fi­ro­nun yanına aydın bir də­lil­lə göndərmişdik.

﴿فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ﴾

39. Fi­ro­n öz camaatı ilə bir­lik­də üz çe­vi­rib: “Bu sehrbazdır, ya da də­lidir!”– de­di.

﴿فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ﴾

40. Biz Fironu və əsgərlərini yaxa­la­yıb dənizə atdıq. O, qı­nan­ma­ğa layiq idi.

﴿وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ﴾

41. Ad qövmünün hekayə­tin­də də ib­rət var. O zaman Biz on­la­rın üstünə xeyir-bərə­kət­siz bir külək göndər­miş­dik.

﴿مَا تَذَرُ مِنْ شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ﴾

42. O külək üstündən keç­diyi hər bir şeyi sovurub külə dön­də­rir­di.

﴿وَفِي ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا حَتَّىٰ حِينٍ﴾

43. Səmud qövmünün heka­yətində də ibrət var. O za­man on­la­ra: “Müəy­yən vax­ta­dək dolanıb-keçinin!”– deyil­miş­di.

﴿فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنْظُرُونَ﴾

44. Onlar öz Rəbbinin əm­rindən çıx­dılar və onları göz­ləri baxa-ba­xa ildı­rım vurdu.

﴿فَمَا اسْتَطَاعُوا مِنْ قِيَامٍ وَمَا كَانُوا مُنْتَصِرِينَ﴾

45. Onlar ayağa qalxa bil­mə­dilər və onlara kömək edən də ol­ma­dı.

﴿وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ﴾

46. Daha əvvəl Nuh qöv­mü­nü məhv etdik. Çünki onlar fa­siq adam­lar idilər.

﴿وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ﴾

47. Biz göyü qüdrətlə yarat­dıq və Biz onu genişləndiririk.

﴿وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ﴾

48. Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!

﴿وَمِنْ كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ﴾

49. Biz hər şeydən erkək və dişi ol­maq­la cütlər yaratdıq ki, bəlkə, dü­şünüb ib­rət alasınız.

﴿فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ﴾

50. De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!

﴿وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ﴾

51. Allahla yanaşı başqa bir məbud qə­bul etməyin. Mən si­zi Onun­la açıq-aş­kar xəbərdar edənəm!”

﴿كَذَٰلِكَ مَا أَتَى الَّذِينَ مِنْ قَبْلِهِمْ مِنْ رَسُولٍ إِلَّا قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونٌ﴾

52. Beləcə, onlardan əvvəl­kilərə də elə bir elçi gəlmədi ki, onun ba­rəsində: “Sehrbaz­dır, ya da dəlidir!”– deməsin­lər.

﴿أَتَوَاصَوْا بِهِ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ﴾

53. Onlar bunu bir-birinə və­siyyətmi etmişlər? Xeyr, on­lar həd­di aşan adam­lardır.

﴿فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنْتَ بِمَلُومٍ﴾

54. Artıq onlardan üz dön­dər! Sən bu­na görə qınan­maz­san.

﴿وَذَكِّرْ فَإِنَّ الذِّكْرَىٰ تَنْفَعُ الْمُؤْمِنِينَ﴾

55. Sən xatırlat! Çünki xatır­latmaq möminlərə fayda verir.

﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ﴾

56. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün ya­rat­dım.

﴿مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونِ﴾

57. Mən onlardan ruzi is­tə­mirəm. Mən onlardan Məni ye­dirt­mə­lərini də istəmirəm.

﴿إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ﴾

58. Həqiqətən, Allah ruzi ve­rəndir, qüvvət sahibidir, Mə­tindir.

﴿فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوبًا مِثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلَا يَسْتَعْجِلُونِ﴾

59. Şübhəsiz ki, zülm edən­ləri həm­taylarının qisməti ki­mi bir qis­mət göz­ləyir. Qoy onlar Məni tələsdirməsinlər!

﴿فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ﴾

60. Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin ha­lına!

الترجمات والتفاسير لهذه السورة: